Gürcüstan əhalisinin sayı 3 milyon 941 min nəfər təşkil edir. Ötən ilin 9 ayında isə bu rəqəm 3 milyon 930 min nəfər olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) açıqladığı demoqrafik məlumatlarda qeyd olunur.
Bildirilir ki, Gürcüstan əhalisinin 1 milyon 887 min nəfərini kişilər, 2 milyon 54 min nəfərini isə qadınlar təşkil edir.
Bizim.Media