Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “Şah Sarayı” restoranında toy mərasimi zamanı üç dost arasında mübahisə davaya çevrilib.
Bizim.Media xəbər verir ki, hadisənin ötən gecə baş verdiyi bildirilir.
Məlumata görə, spirtli içki qəbul edən şəxslər arasında yaranan mübahisə qısa müddət sonra əlbəyaxa davaya çevrilib.
Dava nəticəsində iştirakçılardan biri ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib və onun komaya düşdüyü bildirilir.
Hadisədən sonra digər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. NOCOMMENT.az
Bizim.Media