Azərbaycandə plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin təttib etdiyi siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 5 həkim-mütəxəssis əlavə olunub.
Siyahıya əlavə edilən həkimlər Amin Əliyev, Turab İsmayılov, Ülvi Həsənov, Xudu Xudiyev və Mehdi Əsədovdur.
Qeyd edək ki, bundan əvvəl Səhiyyə Nazirliyinin siyahısında 46 plastik cərrahın adı var idi.
Fəridə, Bizim.Media