Bu ixtisaslar tezliklə sıradan çıxacaq — Açıqlama

Hazırda universitetlərdə tədris əsasən nəzəri biliklərin və ənənəvi peşə bacarıqlarının formalaşdırılmasına yönəlib. Lakin süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri artdıqca bir sıra başlanğıc səviyyəli işlərin gələcəkdə texnologiyalar tərəfindən əvəzlənəcəyi gözlənilir.
 

Bəs bu dəyişikliklər fonunda universitetlər hansı ixtisas və bacarıqları yenidən nəzərdən keçirməlidir? Azərbaycan ali təhsil sistemi əmək bazarının gələcək tələblərinə nə dərəcədə hazırdır?


Bizim.Media xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli “demokrat.az”a açıqlamasında bildirib ki, 2030-cu ilə qədər əmək bazarında baş verəcək avtomatlaşdırma dalğası ali təhsilin mahiyyətini köklü şəkildə dəyişməyi tələb edir.

Onun sözlərinə görə, universitetlərin illərdir sadiq qaldığı ənənəvi, sırf nəzəriyyəyə və yaddaşa söykənən tədris modeli artıq öz dövrünü bitirməkdədir:

“Çünki rutini təkrarlayan, standart alqoritmlərə əsaslanan başlanğıc səviyyəli işləri  istər kodlaşdırma, istər mühasibatlıq, istər məlumatların emalı, istərsə də baza analitikası kimi işləri süni intellekt və avtomatlaşdırılmış sistemlər daha sürətli və daha az səhvlə icra edə biləcək.

Bu reallıq fonunda universitetlər ilk növbədə ixtisasların məzmununu və qazandırılan bacarıqlar palitrasını kökündən yenidən qiymətləndirməlidirlər. Biz artıq tələbələrə faktları əzbərləməyi deyil, mürəkkəb problemləri həll etməyi, tənqidi düşüncəni, fənlərarası sintezi və emosional intellekt kimi insani bacarıqları formalaşdırmağı prioritet etməliyik.
 

İxtisas və istiqamətlər səviyyəsində isə data analitikası, kibertəhlükəsizlik, süni intellektin etik və idarəetmə tərəfləri, biotexnologiya, yaşıl iqtisadiyyat kimi sahələr ön plana çıxmalı, mövcud humanitar və texniki ixtisaslar isə mütləq şəkildə rəqəmsal bacarıqlarla inteqrasiya olunmalıdır.


Yəni sabahın hüquqşünası yalnız qanunvericiliyi deyil, rəqəmsal hüququ, alqoritmlərdən istifadənin hüquqi məsuliyyətini, müasir maliyyə analitikasını və avtomatlaşdırılmış proqram idarəçiliyini bilməlidir.

Azərbaycan ali təhsil sisteminin bu prosesə hazırlıq səviyyəsinə gəldikdə isə, burada mənzərə birmənalı deyil. Bir tərəfdən, son illərdə dövlətimiz tərəfindən rəqəmsallaşma, SABAH qruplarının və ikili diplom proqramlarının tətbiqi, eləcə də texnoparkların yaradılması istiqamətində təqdirəlayiq addımlar atılıb.

Bəzi aparıcı universitetlərimiz əmək bazarının yeni tələblərinə daha çevik uyğunlaşmağa çalışır. Lakin ümumi sistem miqyasında baxanda bu məsələdə hələ də ciddi ləngimələr və struktur problemləri mövcuddur”.

Ekspert əlavə edib ki, kurikulumların yenilənməsi sürəti texnologiyanın inkişaf tempindən geri qalır:

“Akademiya ilə sənaye arasında canlı və dinamik əlaqə hələ də tam şəkildə formalaşmayıb. Ən böyük problemlərdən biri də akademik heyətin yenilənməsi və rəqəmsal transformasiyaya uyğunlaşması ilə bağlıdır. Tələbəyə gələcəyin bacarıqlarını ötürməli olan müəllim heyətinin özü bəzən ənənəvi metodlardan tam uzaqlaşa bilmir.
 

Nəticə etibarilə, Azərbaycan ali təhsil sistemi müəyyən keçid və oyanış dövrünü yaşayır. Lakin 2030-a qədər gözlənilən böyük texnoloji sıçrayışa tam hazır olduğumuzu demək çətindir.


Bu geriqalmanı aradan qaldırmaq üçün universitetlərə daha çox akademik və maliyyə muxtariyyəti verilməli, nəzəriyyəyə deyil, layihə əsaslı təhsilə və ömürboyu öyrənmə prinsiplərinə əsaslanan çevik modellərə təcili keçid təmin edilməlidir”, - deyə Əmrah Həsənli fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO