Öz-özünüzlə danışmaq faydalıdır - Psixoloqlardan AÇIQLAMA

İnsanın öz-özü ilə ucadan danışması ətrafdakılara qəribə görünə bilər. Lakin bu vərdiş özlüyündə psixoloji pozuntu hesab edilmir. Əksinə, psixoterapevt Qreys Tvorek və psixologiya professoru Qari Lupyan hesab edirlər ki, bu üsul insanın düşüncələrini daha yaxşı anlamağa kömək edir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, insan düşüncələrini ucadan ifadə etdikdə baş verənləri təhlil etmək daha asan olur.
 

Bu vərdiş emosiyaları nizamlamağa, diqqəti konkret tapşırığa yönəltməyə və növbəti addımların nə olacağını müəyyənləşdirməyə kömək edə bilər. Qreys Tvorekin sözlərinə görə, öz-özü ilə danışmaq insana problemə sanki kənardan baxmağa və əvvəllər diqqətdən yayınan həll yolunu görməyə imkan verir.


Mütəxəssis bildirir ki, bunun digər üstünlüyü gərginliyin azalmasıdır. Bəzən insanı narahat edən məsələni sadəcə ucadan ifadə etmək kifayət edir ki, vəziyyət daha aydın görünsün və əvvəlki qədər mürəkkəb təsir bağışlamasın.

Psixologiya professoru Qari Lupyan isə öz-özü ilə danışmağın başqa bir faydasına diqqət çəkib. Onun sözlərinə görə, düşüncələri ucadan ifadə etmək işi təxirə salmaq vərdişini azaltmağa və uzun müddət ertələnən tapşırığa başlamağa kömək edə bilər.
 

İnsan görəcəyi işlərin ardıcıllığını ucadan sadaladıqda və ya qarşısındakı məqsədi özünə xatırlatdıqda düşüncədən konkret fəaliyyətə keçmək daha asan olur. Sözlərin diqqəti toplamağa kömək etdiyini göstərən təcrübələrdən biri də əşyaların axtarışı ilə bağlı aparılıb.


Təcrübə iştirakçılarından otaqda müəyyən əşyaları tapmaq tələb olunub. Axtarış zamanı həmin əşyanın adını ucadan deyən və onu təsvir edən iştirakçılar səssiz qalan şəxslərlə müqayisədə tapşırığı daha sürətli yerinə yetiriblər.

Mütəxəssislərin fikrincə, öz-özü ilə danışmaq düşüncələri sistemləşdirməyə, diqqəti toplamağa və problemin həllini sürətləndirməyə kömək edən üsullardan biri ola bilər.
Bununla belə, burada söhbət insanın öz düşüncələrini ucadan ifadə etməsindən gedir, xəyali şəxslərlə dialoq qurmaqdan deyil. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO