Lənkəranda 3 yaşlı uşaq yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi, bina 6 ünvanında baş verib.
2023-cü il təvəllüdlü A.A. ehtiyatsızlıq nəticəsində binanın 3-cü mərtəbəsindən yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media