“Yaxın günlərdə Nazirlik və Təhsil İnstitutu tərəfindən ikinci dəfə sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlər üçün yeni çərçivə sənədi təqdim olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, suallar çətinləşdirilməyəcək:
"Sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əksəriyyəti yüksək nəticə göstərib. Maaş məsələləri ilə bağlı da müzakirələr aparılır".
Fəridə, Bizim.Media