“Müəllimlik ixtisaslarına qəbul azalıb”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu il müəllimlik ixtisaslarına 7 540 nəfər qəbul olunub:
“Müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik. Əvvəllər 11 mindən yuxarı rəqəmdən danışırdıq. Amma indi 3 690 plan yeri azalıb. Aşağı balla müəllimlik ixtisaslarına qəbul olan tələbələr MİQ-də yaxşı bal toplaya bilmirlər".
Fəridə, Bizim.Media