Bakıda kişi yatdığı çarpayıdan yıxılaraq ölüb.
Bizim.Media xəbər verir ki, ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Alihəsən Ağabala oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılaraq ölüb.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (Lent.az)
Bizim.Media