Ötən ay ölkədə baş verən ölümlərin və doğumların sayı məlum olub.
Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin avqust ayı ərzində 3771 ölüm qeydə alınıb.
Ötən ay həmçinin 5797 doğum qeydə alınıb. Körpələrin 120-si əkiz (doğum sayı 60), 6-sı isə (doğum sayı 2) üçəm doğulub.
Fəridə, Bizim.Media