Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR VAR

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub.

Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:

"Hökumət istədiyi vaxt büdcəyə yenidən baxa bilər. Hətta qanunvericilikdə müəyyən hallarda, xüsusilə gəlirlərin kəskin azalması zamanı büdcəyə məcburi yenidən baxılmasını nəzərdə tutan qaydalar və tələblər də var. Yəni hökumətin öz təşəbbüsü ilə büdcəyə yenidən baxması da mümkündür. Lakin hesab edirəm ki, bu il büdcəyə yenidən baxılmayacaq.

Səbəb isə ilin sonuna yaxınlaşmağımızdır. Artıq sentyabrdır və hazırda əsas diqqət 2027-ci ilin dövlət büdcəsinin hazırlanmasına yönəlib. Büdcənin razılaşdırılması və Milli Məclisə təqdim edilməsi ilə bağlı hazırlıq prosesi gedir. Buna görə də 2026-cı ilin büdcəsinə yenidən baxılması gözlənilmir".

İqtisadçı bildirib ki, maaş, pensiya və digər ödənişlər isə növbəti ildən arta bilər:

"Pensiyaların artımı əsasən indeksasiya yolu ilə həyata keçirilir. Belə ki, pensiyalar hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Minimum əməkhaqqının artırılması məsələsinə də baxılacaq. Bu ilin fevral-mart aylarında qəbul edilən qanunla minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılması nəzərdə tutulub. Burada onun mütləq artırılması deyil, yenidən nəzərdən keçirilməsi tələb olunur.

Sonuncu dəfə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən artırılıb. Ona görə də növbəti baxış zamanı minimum əməkhaqqının artırılması ehtimalı yüksəkdir. Çünki artıq iki ilə yaxındır bu məbləğ dəyişməyib. Ötən il inflyasiya 6 faizdən bir qədər çox olub, bu il də inflyasiyanın yüksək qalacağı gözlənilir. Buna görə minimum əməkhaqqının təxminən 10-15 faiz artırılacağını düşünürəm".

Ekspert qeyd edib ki, minimum əməkhaqqı artdıqda digər ödənişlərə də təsir göstərir:

"Ünvanlı sosial yardımın məbləğinin artması da gözlənilir. Bunun üçün ilk növbədə yaşayış minimumu müəyyənləşdirilməlidir. Yaşayış minimumu haqqında qanun qəbul edilərkən minimum istehlak səbətinin həcmi nəzərə alınır.
 

Ölkədə inflyasiyanın yüksək olması fonunda yaşayış minimumunun da artırılması gözlənilir. Bu isə öz növbəsində ünvanlı sosial yardımın məbləğinə təsir edəcək. Digər təqaüd və sosial ödənişlərin, eləcə də maaşların artırılıb-artırılmaması isə Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı qərar veriləcək.


Neftin bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri yoxdur. Çünki ölkədə benzin və dizel yanacağının qiymətləri Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir. Məsələn, dünya bazarında neftin qiyməti dəyişməsə belə, ötən ilin dekabrında dizel yanacağının qiyməti 10 faiz, benzinin qiyməti isə 5 faiz artırıldı. Bu baxımdan dünya neft qiymətləri ilə Azərbaycanda benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur.

Yanacağın qiymətinin artırılıb-artırılmaması hökumətin qərarından asılıdır. Lakin dünya bazarında neftin bahalaşmasının başqa təsiri var. Neft qiymətlərinin artması ölkəyə idxal olunan məhsulların bahalaşmasına və nəticə etibarilə idxal inflyasiyasının yüksəlməsinə səbəb ola bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

End of content

No more pages to load

RADİO