İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb və sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə həyatını itirib.
Xatırladaq ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Sürücü müxtəlif dərəcəli xəsarətlər alıb, avtomobildəki sərnişinin (qadın) meyiti isə ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Oxu.az)
Bizim.Media