Qənirə Paşayeva Xocalı soyqırımını tanımağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasında çıxış edərək üzv ölkələri Xocalı soyqırımını tanımağa çağırıb.

Asiya Parlament Assambleyasının Pakistanda keçirilən 7-ci Plenar Sessiyasında çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək, işğal etdiyi torpaqlarda törətdiyi soyqırım barədə geniş çıxış edərək məlumatlar verib. Görmək istəyən hər birinizə Xocalı Soyqırımı ilə bağlı video və sənədli filmləri, o dəhşətli görüntüləri təqdim edə bilərəm deyən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 23-cü ildönümünün yaxınlaşdığını və bu soyqırımı törədənlərin Ermənistanda olduğunu və hələ də ədalət qarşısında cavab vermədiyini vurğulayaraq Assambleyaya və üzv ölkələrə Xocalı Soyqırımı ilə bağlı çağırış da səsləndirib. O deyib:”x9d Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc insanlara, azərbaycanlılara qarşı soyqırım həyata keçirib və bir şəhəri yer üzündən siliblər. Bu gün Xocalı şəhərinin yerində tamamilə dağıdılmış bir şəhər görə bilərsiniz. Ümumiyyətlə isə Azərbaycan torpaqlarının işğalı zamanı 20 mindən çox azərbaycanlı Ermənistan tərəfindən qətlə yetirilib. Mən Dağlıq Qarabağ problemi məsələsində hər zaman ədalətin yanında olan Pakistan dövlətinə və Parlamentinə Xocalı Soyqırımını tanıyan və kəskin pisləyən sənədlərin, qərarların qəbulu üçün ailə üzvləri soyqırıma məruz qalan Xocalılar və bütün azərbaycanlılar, insanlığın yanında olan hər kəs adından təşəkkürümü bildirirəm. Həmin dəhşətli soyqırım zamanı çox az sayda azərbaycanlı böyük çətinliklərlə qaçaraq xilas ola bilmişdi və ailə üzvləri soyqırıma məruz qalan həmin insanlar da 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Biz inanırıq ki, ədalətin yanında olan və dünyada bir daha bu cür insanlıq əlehinə cinayət olmasın deyən insanlar və ölkələr Xocalı Soyqırımı ilə bağlı Pakistan parlamentinin və bu istiqamətdə qərarlar qəbul edən digər dövlətlərin ədaləti, insan haqlarını müdafiə edən qərarlarını dəstəkləyəcəklər və bu soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsi, Xocalıların öz evlərinə dönə bilməsi istiqamətində səylərini daha da artıracaqlar. Çünki Xocalıda Soyqırıma məruz qalan insanlar azərbaycanlı və müsəlman olmaqla bərabər insan idilər və biz harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq hər zaman bu cür insanlıq əleyhinə cinayətləri kəskinliklə pisləməli, bu cür cinayətləri törədənlərin isə ədalət qarşısında cavab vermələri üçün birgə səylərimizi daha da gücləndirməliyik. Dünyanın daha yaxşı gələcəyi üçün məhz bu cür çalışmalıyıq. Biz ümid edirik ki, siz Xocalıların sizə olan çağırışlarına həssas yanaşacaq, onların ağrı və acılarını daha dərindən anlayaraq ciddi addımlar atacaqsınız ”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sumqayıtda atası tərəfindən bıçaqlanan oğlanın vəziyyəti açıqlandı

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

Gecə saatlarında bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ - FOTO

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

İranda dolların məzənnəsi daha da YÜKSƏLDİ

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Göygöldə kişi naməlum şəraitdə bıçaqlandı

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - PROQNOZ

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

Bu Avropa ölkəsində donuz taunu yayıldı – Sakinlərə qadağa qoyuldu

End of content

No more pages to load

RADİO