Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün 10.09.2026-cı il tarixində saat 10:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
"Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur", - məlumatda bildirilib.
Fəridə, Bizim.Media