Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media Pravda.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

İttihama əsasən, hadisə bu il saat 12 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.

Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.

Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.

O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.

Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb:

"Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı".

Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib.

Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib:

"Bundan sonra evdən çıxaraq getdim".

O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

End of content

No more pages to load

RADİO