“Azəriqaz”ın əməkdaşı dələduzluq etdi

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Müşfiq Kərimovun (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı Baş Prokurorunun müavini, Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, İsmayıllı Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə, qismən dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətə azadlıqdan mərhumetmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıb və Müşfiq Kərimova qəti olaraq 4 il 3 ay həbs cəzası təyin olunub.

İstintaq orqanının mövqeyinə görə, təqsirləndirilən şəxs Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən və iş yoldaşının ona olan etibarından istifadə edərək bir neçə şəxsi aldadıb.

İttihama əsasən, hadisələr 2025-ci ilin mart ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda baş verib.

Həmin vaxt “Azəriqaz” İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer işləyən Müşfiq Kərimov iş yoldaşı S.S.-ə (adı, soyadı şərtidir) onun yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifəyə təyinat aldığını deyib. O, bununla əlaqədar İsmayıllı rayonunda fəaliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 sürücüyə ehtiyac yaranacağını bildirib.

Bundan sonra təqsirləndirilən şəxs iş yoldaşına tanışlarından istəyən şəxslər olacağı təqdirdə onları 2 000 manat müqabilində həmin işlərə düzəltməyə köməklik göstərə biləcəyini deyib.

İstintaqın mövqeyinə görə, bu məlumat həqiqətə uyğun olmayıb və Müşfiq Kərimov həmin vəddən pul əldə etmək məqsədilə istifadə edib.

S.S. ona tanışı olan zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) işə düzəlmək istədiyini deyib. Bundan sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi işə düzəldəcəyini vəd edərək aldadıb.

D.D. ona 2 000 manat pul verib. Müşfiq Kərimov həmin pulu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib.İttihamda təqsirləndirilən şəxsin eyni üsulla daha üç nəfəri aldatdığı göstərilir.

O, həmin şəxslərin də hər birindən 2 000 manat pul alaraq dələduzluq edib.Beləliklə, Müşfiq Kərimov işə düzəltmək vədi ilə dörd ayrı şəxsdən ümumilikdə 8 000 manat pul alıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

End of content

No more pages to load

RADİO