Şəkidəki faciə ilə bağlı AÇIQLAMA: Tros səbəbsiz qırılmır

Şəkidə kanatın trosunun qırılması nəticəsində iki nəfərin ölməsi ölkədə ciddi narazılıq yaradıb. İnsanlar haqlı olaraq belə qurğuların nə dərəcədə təhlükəsiz olduğunu və ümumiyyətlə, yoxlanılıb-yoxlanılmadığını soruşurlar.

Bəs kanatın trosu qəfil qırıla bilərmi?

Bizim.Media xəbər verir ki, “yenisabah.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev faciəyə səbəb olan problemin detallarını açıqlayıb:

“Turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan, ciddi nəzarət tələb edən texniki qurğulardır.  Mühərrikin olub-olmamasından asılı olmayaraq, belə sistemlərin istismarı sahibkarın şəxsi mülahizəsinə buraxılmamalı, beynəlxalq mühəndislik və texniki təhlükəsizlik qaydalarına əsaslanmalıdır. Ümumi təhlükəsizlik standartlarına görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki canlı yükdən ən azı üç-dörd qat artıq ağırlığa hesablanmalı və mütləq paralel işləyən ikinci sığorta trosu nəzərdə tutulmalıdır.  

Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 dəfə artıq yükə hesablanmalıdır.

Nəzərə almaq lazımdır ki, polad tros adi bir məftil deyil, xüsusi hörülmüş və yüksək davamlı materialdır. Belə troslar, bir qayda olaraq, qəfil və bir neçə saniyənin içində səbəbsiz yerə qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl müəyyən siqnallar verir: tellər ayrıla, korroziya yarana, trosda deformasiyalar və əyilmələr baş verə bilər”.

Ekspert qeyd edib ki, trosda cüzi aşınma belə onun istifadədən çıxarılması üçün əsasdır:

“Qaydalarda da açıq şəkildə göstərilir ki, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faiz azalıbsa, yaxud daxili metal kəsiyinin 10 faizi zədələnibsə, tros üzərindən bütöv və yeni görünsə belə, dərhal yararsız hesab edilməli və istismardan çıxarılmalıdır. Həmçinin kəskin hava şəraitinin təsirindən və ya ildırım vurmasından sonra tros xüsusi diaqnostik cihazlarla yoxlanılmalıdır. Belə hallarda qurğu yoxlama aparılmadan dərhal istismara buraxılmamalıdır.

Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsiplərdən biri də insan daşınan sistemlərdə təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Mütləq paralel işləyən ikinci, ehtiyat xəttin olması tövsiyə olunur ki, əsas trosda hər hansı qırılma baş verdikdə istifadəçinin həyatı təhlükə ilə üz-üzə qalmasın”.

O, təhlükəsizlikdə personalın hazırlığının da mühüm rol oynadığını deyib:

“Təhlükəsizliyin təmin edilməsində digər vacib amil isə personalın peşəkarlığı və hazırlığıdır. Qanunvericilik bu qurğularda çalışan bələdçilərin, təlimatçıların və nəzarətçilərin xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmasını tələb edir. Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqdan ibarət deyil. O, vətəndaşa texniki qaydaları izah etməli, çəki limitini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda ən kiçik nasazlıq aşkar etdikdə prosesi dərhal dayandırmalıdır.

Göründüyü kimi, normativ sənədlərdə hər bir detal – hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, işçilərin hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub. Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür.

Hər bir istirahət mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil. Bu qaydaların arxasında birbaşa insan həyatı dayanır və müəyyən edilmiş standartlara hər zaman ciddi şəkildə əməl olunmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

End of content

No more pages to load

RADİO