Müavinət üçün SAXTA SƏNƏD verən vəzifəli şəxslərin mühakiməsi başlayır

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə ittiham olunan həkimlərin barəsindəki cinayət işi məhkəməyə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda həmin MMC-yə məxsus "General Hospital" klinikasının baş həkimi Rüstəm İsmayıl oğlu Mikayılov və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Səmayə Asif qızı Əşrəfovanın qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
 

İbtidai istintaqla R.Mikayılov və S.Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd edilən sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa hüquqi şəxs "Seymur-M" MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

End of content

No more pages to load

RADİO