Dövlət Yol Polisi və AYNA tərəfindən velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu nəqliyyat vasitələrindən təhlükəsiz və qaydalara uyğun istifadənin təşviqi istiqamətində birgə nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Bizim.Media xəbər verir ki, tədbirlərin məqsədi velosiped və skuter istifadəçilərini yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, mikromobillik vasitələrindən təhlükəsiz istifadəyə dair maarifləndirməni gücləndirmək, həm istifadəçilərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
Velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyi hər zaman ön planda tutmağa çağırırıq.
Bizim.Media