Qış gəlməmiş evinizdə bunları yoxlayın– Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin işə salınmasına başlanacaq. Bu isə hər il olduğu kimi, bir sualı yenidən gündəmə gətirir: soyuq havalarda evi necə isti saxlayaq ki, qaz və digər kommunal xərclər də çox artmasın?

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, qışa hazırlıq yalnız kombini işə salmaqdan ibarət deyil. İstilik sisteminin əvvəlcədən yoxlanılması, radiatorların vəziyyətinə diqqət yetirilməsi, evdə istilik itkisinin qarşısının alınması və kombinin düzgün rejimdə işlədilməsi enerji sərfiyyatı baxımından əhəmiyyətlidir.

Bəs kombini qoşmazdan əvvəl hansı işləri görmək lazımdır? Radiatorları hər il yuduzdurmaq vacibdirmi? 

İstilik mövsümündən əvvəl ən çox müzakirə olunan məsələlərdən biri radiatorların yuyulmasıdır. Lakin radiatorların hər il avtomatik şəkildə yuyulması mütləq tələb deyil.
 

Radiatorun içərisində zamanla lil, pas və digər çöküntülər toplanıbsa, isti suyun dövranı zəifləyə bilər. Bunun nəticəsində radiator tam qızmaya, bəzi hissələri soyuq qala və kombi evi istənilən səviyyədə qızdırmaq üçün daha uzun müddət işləyə bilər.


Əgər radiatorun üstü və ya müəyyən hissələri digər hissələrə nisbətən soyuqdursa, sistemdə səs yaranırsa və ya əvvəlki illərlə müqayisədə ev daha çətin qızırsa, istilik sisteminin mütəxəssis tərəfindən yoxlanılması məqsədəuyğundur.

Yəni yalnız qış gəlib deyə radiatorları yuduzdurmaq əvəzinə, əvvəlcə sistemin vəziyyətini yoxlatmaq daha düzgün yanaşmadır.

Radiatorda hava varsa, nə baş verir?

Radiatorun yuxarı hissəsinin soyuq qalması sistemdə hava yığılmasının əlaməti ola bilər. Hava radiatorun daxilində suyun normal dövr etməsinə mane olur və nəticədə istilikvermə azalır. Bu halda radiatorun havasının alınması lazım gələ bilər. Lakin bu prosesdən sonra kombinin su təzyiqini də yoxlamaq vacibdir.

Kombini maksimum dərəcədə işlətmək qənaət deyil

Soyuq hava başlayanda bir çox insan kombini ən yüksək temperaturda işlədir. Halbuki evin istiliyini mümkün qədər sabit və komfortlu səviyyədə saxlamaq daha səmərəlidir.
 

Kombini tez-tez söndürüb-yandırmaq əvəzinə, evin istiliyinə uyğun rejim seçmək və temperaturu ehtiyaca görə tənzimləmək mümkündür. İstifadə olunmayan otaqlarda istiliyi azaltmaq da sərfiyyatı aşağı salır.


Ancaq otaqları tamamilə buz kimi saxlamaq da düzgün deyil. Həddindən artıq soyuq və rütubətli məkanlarda kif və nəmlik problemi yaranır.

Qaz pulunun artmasının səbəbi təkcə kombi deyil

Evdə istilik itkisi yüksəkdirsə, ən qənaətcil kombi belə gözlənilən nəticəni verməyə bilər.
Pəncərə və qapıların kənarlarından soyuq hava daxil olursa, otaqda yaranan istilik çölə çıxır. Buna görə qış başlamazdan əvvəl pəncərələrin, qapıların və digər boşluqların yoxlanılması faydalıdır.

Xüsusilə küləkli havalarda pəncərə və qapıların kənarından hava gəlib-gəlmədiyini sadə şəkildə yoxlamaq mümkündür. Lazım gəldikdə izolyasiya tədbirləri görülə bilər. Lakin evdə havalandırma üçün nəzərdə tutulmuş yerləri bağlamaq olmaz.

Kombiyə də “qış baxışı” lazımdır

Kombi uzun müddət işləməyibsə, soyuqlar başlamazdan əvvəl onun texniki vəziyyətinin yoxlanılması da məsləhətdir.
 

Kombinin təzyiqi, radiatorların işləməsi, sistemdə sızmanın olub-olmaması və cihazın ümumi vəziyyəti yoxlanılmalıdır. Problem ortaya çıxandan sonra usta axtarmaqdansa, istilik mövsümündən əvvəl profilaktik baxışdan keçirmək daha məqsədəuyğundur.


Qısası, qışa hazırlıq üçün əsas məqsəd kombini daha çox işlətmək deyil, mövcud istilikdən maksimum səmərə əldə etməkdir. Radiatorların vəziyyətinin yoxlanılması, ehtiyac varsa təmizlənməsi, havanın alınması, kombinin düzgün tənzimlənməsi və evdə istilik itkisinin azaldılması qaz sərfiyyatının nəzarətdə saxlanmasına kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

End of content

No more pages to load

RADİO