“Növbəti tədris ili ilə bağlı əsas hədəflərimizdən biri məktəbəqədər təhsilin əhatə dairəsini artırmaqdır”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-nin canlı efirində deyib.
Nazir bildirib ki, hazırda bu göstərici 45 faizdir və növbəti il üçün bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır:
"Digər əsas hədəflərdən biri oxu bacarıqlarının, xüsusilə də ibtidai siniflərdə inkişaf etdirilməsidir. MİQ, sertifikasiya, qəbul və buraxılış imtahanlarında oxu bacarıqlarının yaxşılaşdırılmasına xüsusi diqqət yetirməliyik. Həmçinin Mil-Muğan, Mərkəzi Aran, Qazax və Ağstafa rayonlarını əhatə edən riyaziyyat üzrə nəticələrə xüsusi diqqət yetirməliyik".
Fəridə, Bizim.Media