Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir? — AÇIQLAMA

Azərbaycanda əmək fəaliyyəti üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşlarının payının yüksək olması ölkənin əmək bazarında xarici işçi qüvvəsinə tələbat məsələsini yenidən gündəmə gətirir. Xüsusilə tikinti, sənaye, xidmət və digər sahələrdə xarici mütəxəssislərin cəlb olunması bu prosesin səbəbləri və yerli kadrlara mümkün təsirləri ilə bağlı suallar yaradır.

Bəs Azərbaycanda iş icazəsi olan əcnəbilər arasında Türkiyə vətəndaşlarının payının yüksək olması hansı amillərlə bağlıdır? Xarici mütəxəssislərin daha çox hansı sahələrdə cəlb olunması ölkənin əmək bazarında kadr çatışmazlığını necə göstərir və bu proses yerli mütəxəssislərin məşğulluğuna necə təsir edir?

Bizim.Media mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iş icazəsi olan əcnəbilər arasında Türkiyə vətəndaşlarının yüksək paya malik olması ilk növbədə iki ölkə arasındakı iqtisadi əlaqələrin güclü və geniş olması ilə bağlıdır.

Onun sözlərinə görə, Türkiyə şirkətlərinin Azərbaycanda xüsusilə tikinti, sənaye, xidmət, turizm və digər sahələrdə aktiv fəaliyyəti bu ölkədən mütəxəssislərin cəlb edilməsinə ehtiyac yaradır və belə şəraitdə Türkiyə vətəndaşlarına, xüsusilə iş icazəsi olan mütəxəssislərə tələbat artır:

“Burada xüsusilə dil və mədəni yaxınlığı, biznes əlaqələrinin sıxlığını da ön plana çıxarmaq olar. Şirkətlərin Türkiyə ilə formalaşmış kadr şəbəkələri də burada mühüm rol oynayır. Amma bu göstəricini yalnız Türkiyədən işçi axını kimi qiymətləndirmək düzgün deyil.
 

Əcnəbilərin hansı sahələrdə çalışması Azərbaycanın əmək bazarında ixtisas və peşələr üzrə tələblərin harada daha yüksək olduğunu da göstərir. Xüsusilə tikinti sektorunda, sənayedə, xidmət və turizm sektorlarında xarici mütəxəssislərdən istifadə olunur.


Azərbaycanda digər vacib məsələ də neft sektorudur. Neft sektorunda daha çox digər ölkə vətəndaşları iştirak edirlər.

Xüsusilə sadaladığım sektorlarda Türkiyədən mütəxəssislərin cəlb edilməsi daha rahatdır. Həmçinin burada yerli mütəxəssislərlə bağlı da müxtəlif məsələlər, xüsusilə dil amili ön plana çıxır.

Xüsusilə tikinti sektoru diqqətimizi çəkə bilər. Burada iri infrastruktur və tikinti layihələrinin həyata keçirilməsi mühəndis-texniki mütəxəssislərə, layihə rəhbərlərinə və digər ixtisaslı kadrlara tələbat yaradır.

Xüsusilə 1994-cü ildən sonra Azərbaycanın tikinti sektorunda türk mütəxəssislərinə daha çox rast gəlinirdi. Son vaxtlar isə öz mütəxəssislərimiz də kifayət qədərdir.
 

Yerli mütəxəssislərin məşğulluğuna təsir məsələsinə gəlincə, buradan avtomatik olaraq mənfi nəticə çıxarmaq olmaz. Eyni məsələ əməkhaqqı ilə bağlı da ortaya çıxır. Xarici ölkədən gələn mütəxəssis eyni vəzifə üzrə, tutaq ki, Azərbaycanda 2 000 manat əməkhaqqı alırsa, İngiltərədən, Türkiyədən və ya digər ölkələrdən gələn mütəxəssisə bir neçə dəfə çox əməkhaqqı verməyimiz zərurəti yarana bilər.


Birinci növbədə, həmin mütəxəssis çatışmazlığı olan ixtisas üzrə mütəxəssislərdən biridir və ölkəyə cəlb olunur. İkincisi, həmin mütəxəssisin xaricdən cəlb edilməsi daha baha başa gəlir.

Bundan əlavə, mütəxəssisin öz ölkəsindən kənarda olması səbəbindən əlavə xərclər də nəzərə alınır. Məsələn, Azərbaycan vətəndaşı gedib xarici ölkədə çalışdıqda, həmin yanaşma bizim mütəxəssislərimizə də tətbiq olunur. Təbii ki, öz ölkəsindən kənarda çalışan mütəxəssisin daha çox xərcinin yaranacağı da nəzərə alınır”.

Rəşad Həsənov əlavə edib ki, əgər müəssisə Azərbaycanda çatışmayan ixtisas üzrə mütəxəssis cəlb edibsə, bu, yerli əmək bazarını tamamlayır:

“Ancaq eyni ixtisasa malik yerli kadr olduğu halda xarici işçiyə üstünlük verilirsə, artıq burada yerli mütəxəssislər üçün rəqabət problemi də yarana bilir.

Ona görə də əsas məsələ xarici işçilərin sayını azaltmaq olmamalıdır. Xarici mütəxəssisə tələbat olan sahələri düzgün müəyyənləşdirmək və bunun səbəbini araşdırmaq lazımdır. Niyə Azərbaycanda, məsələn, bu sahə üzrə yerli mütəxəssis çatışmır və biz məcbur qalıb xaricdən həmin sahə üzrə mütəxəssisləri cəlb edirik?
 

Dövlət hansı peşələr üzrə kadr çatışmazlığının olduğunu dəqiq müəyyən etməlidir. Bununla bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq agentlik də yaradılıb. Bu qurumun həmin istiqamətdə fəaliyyətini effektiv şəkildə həyata keçirməsi vacibdir.


Peşə təhsili ilə bağlı proqramların həmin istiqamətdə uyğunlaşdırılması zəruridir. Müasir tendensiyalara uyğun olaraq ixtisasların yenidən nəzərdən keçirilməsi lazımdır.

Bir sıra ixtisaslar var ki, universitetlərdə hazırda da tədris olunur, lakin əmək bazarında onların praktik əhəmiyyəti kifayət qədər deyil. Məsələn, bir müddət əvvəl “İqtisadiyyatda hüququn tənzimlənməsi” adlı ixtisas mövcud idi. Bu ixtisası bitirən məzun isə nə hüquqşünas, nə də iqtisadçı kimi tam formalaşa bilirdi.

Belə ixtisaslar var idi. Məsələn, bir sıra digər ixtisaslar da müasir tendensiyalara uyğun olaraq müəyyənləşdirilməlidir.
 

Türkiyədən gələn mütəxəssislərin yüksək payına yalnız əmək miqrasiyası prizmasından baxmaq da düzgün deyil. Bu, həm də Azərbaycan-Türkiyə iqtisadi inteqrasiyasının göstəricisidir. Bir sıra biznes istiqamətləri və qanunvericilik normaları da bir-birinə inteqrasiya olunmağa doğru gedir.


Uzunmüddətli perspektivdə məqsəd belə olmalıdır ki, xaricdən dəvət olunan mütəxəssislər yerli kadrlara alternativ deyil, yerli kadrların hazırlanmasına və bilik transferinə töhfə verən resurs olsun.

Yəni məsələyə bu istiqamətdən yanaşılmalıdır. Bunun üçün də şirkətlərdə yerli əməkdaşların hazırlanması və xarici mütəxəssislərin təcrübəsinin ötürülməsi mexanizmləri gücləndirilməlidir və məsələyə bu prizmadan baxılmalıdır”, – deyə iqtisadçı fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO