Azərbaycanda niyə poçt qutuları yığışdırılır? – “Poçt yalnız məktub demək deyil”

“Qonşu ölkələrdə yeni tikilən yaşayış binalarında mənzillər üçün poçt qutularının quraşdırıldığını görürük. Azərbaycanda isə əksinə, bir çox yeni binalarda poçt qutuları ya ümumiyyətlə nəzərdə tutulmur, ya da tədricən yığışdırılır. Əsas arqument adətən belədir: “Artıq məktub göndərən yoxdur”. Amma poçt yalnız məktub demək deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hazırda poçt sistemi elektron ticarətin əsas dayaqlarından biridir:

“Bu gün dünyada elektron ticarətin inkişafı ilə kiçik bağlamalar, sənədlər və digər fiziki göndərişlər poçt və kuryer logistikasının mühüm hissəsinə çevrilib. 1–5 kq ağırlığında olan yüngül yüklər və xırda bağlamalar qlobal kuryer, ekspress və poçt (CEP) bazarında ümumi fiziki daşınmaların 40–50%-dən çoxunu təşkil edir. Bu seqment elektron ticarətin əsas dayaqlarından biridir.  

Ona görə də “göndəriş edən yoxdur” yanaşması artıq yalnız məktublara əsaslanan köhnə təsəvvürdür. Burada başqa bir vacib məsələ də var: ünvanların standartlaşdırılması və sinxronlaşdırılması. Bina, giriş, mənzil və ünvan məlumatları vahid rəqəmsal sistemlərdə düzgün formalaşdırılmadıqda, təkcə poçt deyil, kuryer xidmətləri, təcili yardım, taksi, kommunal xidmətlər və digər sahələr də bundan təsirlənir.
 

Yəni söhbət sadəcə poçt qutusundan getmir. Söhbət şəhərin ünvan və logistika infrastrukturundan gedir. Azərbaycanın poçt tarixinin özü də bu sahənin nə qədər köklü olduğunu göstərir. İlk poçt rabitəsi 1818-ci ildə Gəncədə yaradılıb, 1826-cı ildə Bakıda poçt ekspedisiyası fəaliyyətə başlayıb. 1883-cü ildən isə Azərbaycanda poçt göndərişlərinin dəmir yolu ilə daşınmasına başlanılıb.


9 oktyabr – Ümumdünya Poçt Günüdür. Bu tarix 1874-cü ildə Ümumdünya Poçt İttifaqının yaradılması ilə bağlıdır. 150 illik yubiley isə 2024-cü ildə qeyd olunub. Bəlkə də poçtun gələcəyini müzakirə edərkən poçt qutusu + rəqəmsal ünvan + paket infrastrukturu kimi yeni model haqqında düşünməliyik. Məktublar azala bilər, amma ünvanlara göndərilən fiziki məhsulların əhəmiyyəti azalmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO