Qazidən Şuşada şəhid adlarını qayalara yazanlara SƏRT REAKSİYA

Şuşaya səfər edən bəzi turistlərin tarixi və mədəni əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması ictimaiyyət arasında narazılığa səbəb olub. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi sayılır. Həmçinin, Şuşa şəhəri Azərbaycanın qorunan ərazilərindəndir. Şuşanın erməni işğalından azad edilməsində yüzlərlə Azərbaycan övladı iştirak edib, bəziləri canınından, bəziləri ömürlük sağlamlıqlarından olub. 

Ömrünü Vətənə, dövlətə və xalqa xidmətə həsr edən, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə məsələ ilə bağlı Bizim.Media-ya danışaraq bu cür hadisələri pisləyib. 

O, bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirib:

“Şuşada Cıdır düzündə qayaların üzərinə yazılan ifadə və adların yazılması yanlış düşüncənin ortaya çıxardığı bir fəaliyyətdir. Şuşa şəhəri işğaldan azad olarkən yüzlərlə vətəndaşımız şəhid olub, adsız-hesabsız qazilərimiz əzalarını itiriblər. Öncə bu, onların ruhlarına və şəxslərinə qarşı böyük hörmətsizlikdir. Eyni zamanda, Şuşa şəhəri Azərbaycanın qoruqlar siyahısındadır, orada bu cür fəaliyyətlərin icra olunması yanlışdır, bir qazi kimi bunu qınayıram və bu kimi hallara ictimai qınaq olmalıdır. Həmçinin, aidiyyəti qurumlar bununla bağlı müəyyən addımlar atmalıdır”.

Vətən müharibəsi iştirakçısı hesab edir ki, Şuşaya və qoruq kimi qeydə alınan ərazilərə səfər edən hər kəs oradakı davranışla bağlı məlumatlandırılmalıdır: 

“Turizm şirkətləri, tur rəhbərləri bununla bağlı yetərli qədər məlumatlı olmalı və ora səfər edən həm yerli, həm də xarici turistləri məlumatlandırmalı, təlimat verməlidirlər. Ərazidə nələrin oraya keçirilməsi, istifadəsi və ya qadağan olunması ilə bağlı məlumatlandırıcı lövhələr yerləşdirilməlidir. Çünki belə olduqda turla yox, fərdi şəkildə Şuşanı ziyarətə gedənlər də məlumatlana bilsinlər. Bununla bağlı aidiyyəti qurumlar addımlar atmalıdır. Tariximizə, qoruğumuza, şəhid və qazilərimizə olan böyük hörmətsizliyin qarşısını almaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO