Volqadan BMW-yə: Azərbaycanda vəzifəli şəxslərin maşınları bir əsr ərzində necə dəyişdi?

Şirkət və ya dövlət qurumu rəhbərləri üçün nəzərdə tutulan avtomobil sadəcə daşınma, hərəkət ehtiyacı ilə məhdudlaşmır. Avtomobil rəhbərin statusunu, qurumun imicini əks etdirən mühüm atributlardan biridir. Bu baxımdan da dünyanın hər yerində, eləcə də Azərbaycanda rəhbərlər üçün xidmət avtomobillər xüsusi diqqətlə seçilir.

Maraqlıdır hansı avtomobillər rəhbərlər üçün layiq görülür? Ən əsası niyə məhz bu markalara üstünlük verirlər?

Əvvəlcə yaxın keçmişə nəzər salaq. Sovet dövrü göstərişdən uzaq sayılsa da əslində çox da sıx olmayan avtomobil yollarında, xüsusən də məhdud seçimlər arasında iri ölçülü, dəbdəbəli “Volqa”lar, “Çayka”lar əlbəttə ki göz oxşayırdı. Maşın kənardan elə “zəhmli” görünürdü ki, istər-istəməz onun içindəki şəxsin də sonuna “”iyyət” artırılırdı, çünki sanballı adam olduğu bəlli olurdu.

Dördtəkərli status

İttifaq respublikalarının ən yüksək rəhbərləri əsasən ZİL-114, ZİL-117, ZİL-41047, GAZ-13(14), “Çayka” kimi iri limuzin modellərdən istifadə edirdilər.

Nazirlər, rayon və şəhər soveti rəhbərləri daha çox GAZ-24 “Volqa”, sonrakı dövrdə GAZ-3102-də “daşınırdı”. Orta səviyyəli idarə rəhbərləri və müəssisə direktorlarına “Moskviç”, sonrakı dövrlərdə isə “Jiquli” markaları təqdim olunurdu.

Azərbaycanda ən çox “Volqa” və “Çayka” yüksək statusun göstəricisi idi.

Bəs bu günün qurum rəhbərlərini hansı maşınlar “gəzdirir”?

Yerli “rəislər”i 1990-cı illərdə daha çox “Mersedes” modelləri gəzdirərdi. Günümüzdə isə əsasən BMW seriasından (5-7 Series, X5), eləcə də Audi (A6, A8)  modellərindən olan avtomobillərdə görmək mümkündür. Bu maşınlar elə sələfləri kimi “ağır, sanballı” görkəmi ilə içində gəzdirdiyi şəxsin statusundan xəbər verir.

“Vəzifəli” maşınlar

Amma xidmət maşınları dedikdə təkcə yüksək rəhbər işçilər nəzərdə tutulmur. Hər hansı dövlət ya özəl qurumlarda aşağı vəzifələrdə olan işçilərin də daşınması üçün xidməti avtomobillər seçilir.

Avtomobil üzrə ekspert Oqtay Vəliyev Bizim.Media-ya bildirdi ki, seçim zamanı adətən əsas meyarlar komfort, qiymət, yanacaq sərfiyyatı, etibarlılıq, servis xərcləri və ehtiyat hissələrinin əlçatanlığı olur.

Ən çox rast gəlinən modellər təxminən bunlardır: xüsusən şöbə müdirləri üçün Toyota Corolla, idarə rəisləri üçün Toyota Camry və ya Hyundai Elantra, Hyundai Sonata seçilir. SUV tələb olunan işlərdə, xüsusən rayonlara səfərlərdə yüksək səviyyəli xidməti avtomobil kimi Toyota RAV4, Toyota Land Cruiser, Prado, işçilər üçün isə Ford, Mitsubishi kimi markaların Pick-up modellərinə üstünlük verilir.

Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO