“Qadınlara qarşı zorakılıqla mübarizədə əsas yol ...”x9d - Vüsalə Mahirqızı

“Qadınlara qarşı zorakılıqla mübarizədə əsas yol maarifləndirmə və təbliğatdır. Məişət zorakılığı və erkən nikahların qarşını almaq üçün cəmiyyətdə immunitet yaradılmasına ehtiyac var. Bu immuniteti isə yalnız təbliğat aparmaqla yaratmaq mümkündür".

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi”x9d adlı konfransda "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı “Məişət zorakılığı və erkən nikahların qarşının alınmasında KİV-in rolu”x9d mövzusundakı çıxışı zamanı deyib.
 
V. Mahirqızı bildirib ki, qadınlara qarşı zorakılıq hallarının KİV-də işıqlandırılması zamanı çox diqqətli olmaq lazımdır: “Bu mövzu ilə bağlı maarifləndirmə işi aparmaq vacibdir. Çox təəssüf ki, bəzən media qadın zorakılığı ilə bağlı mövzunu sensasiyalı təqdimatla yayır, həmçinin zorakılığa məruz qalandansa zorakılıq edənin fikirlərinə yer verir, efirdə, media təbliğatında psixoloji zorakılıq və xırda məişət zorakılığı ilə bağlı barışıq, dözümlülük nümayiş etdirməklə bağlı mesajlar səsləndirilir. Çox təəssüf ki, bəzi hallarda bu çağırışlar elə xanımlar tərəfindən də səsləndirilir. Bu isə zorakılığın stimullaşdırılmasıdır və yolverilməzdir".
 
Media rəhbəri deyib ki, KİV-də zorakılığa məruz qalan şəxsin adının, soyadının, azyaşlıların üzünün göstərilməsi faktlarına rast gəlinir: “Bu, çox təəssüfləndirici məqamdır. Zorakılığa məruz qalan qadının özünün, ailəsinin və yaxınlarının bu cəmiyyətdə yaşayacaqları, həyatın davam etməsi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bu mövzuda həm media, həm də xüsusilə zorakılıq faktları cinayətə çevrildiyi zaman hüquq-mühafizə orqanları mətbuata məlumat verərkən diqqətli olmalıdırlar. Əslində bu cür məlumatlarda şərti adlardan istifadə olunması və ya hadisənin baş verdiyi dəqiq ünvanın verilməməsi xəbərin yükünə kölgə salmır. Əsas məsələ faktı cəmiyyətə çatdırmaq və onu törədən səbəbləri göstərməkdir".
 
V. Mahirqızı tədbirin əsas təşkilatçılarından olan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat və Milli Teleradio şuraları ilə birgə bu sahədən yazan jurnalistlər üçün seminarlar təşkil etməsini təklif edib: "Bu sahədən yazan jurnalistlərin, hətta redaktorların peşəkarlaşmasına ehtiyac var. Məncə, Komitə tərəfindən mediada daha çox istifadə olunan terminlər, onların mahiyyəti ilə bağlı kitabçanın da hazırlanması pis olmaz".
 
Şirkət rəhbəri eyni zamanda Azərbaycan televiziyalarında dəb halını almış və daha çox ailədaxili münasibətlərin müzakirə olunduğu “tok-şou”x9dlarda Komitənin ekspertlərinin mütəmadi olaraq iştirak etməsi istiqamətində iş aparılmasını da təklif edib: "Bəlkə də bununla bağlı televiziyalardakı bədii şuralarla danışıqlar aparmaq olar. Həmin verilişlərin bəzilərində təəssüf ki, məişət zorakılığına haqq qazandırılmasına, zorakılığa məruz qalan deyil, zorakılıq edənə söz haqqı tanınmasına, ailə faciələrinin şou formatında, depressiv təqdimatlarına rast gəlirik. Məncə, Komitənin ekspertlərinin verilişdə iştirak edib, vaxtaşırı düzəlişlər vermələri ümumi təbliğata müsbət təsir edər".
 
V. Mahirqızı çıxışında qeyd edib ki, KİV-in bu məsələdə dövlət komitəsi və vətəndaş cəmiyyəti institutları ilə birgə işləməsi, mövzunu daim diqqətdə saxlaması, problemləri göstərməsi, hətta ictimai müzakirələr təşkil etməsi çox faydalı olar.
 
Tədbirdə eyni mövzu ilə bağlı təqdimat nümayiş etdirən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova statistik məlumatları təqdim edib. O, çıxışında zorakılığın formalarından danışıb, KİV-i məsələ ilə bağlı stimullaşdırıcı  yazılardan çəkinməyə, maarifləndirici mesajlar verməyə çağırıb.
 
A. Veysəlova təmsil etdiyi Komitənin bu istiqamətdə QHT və KİV-lə apardığı işlər barədə də məlumat verib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - VİDEO

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Putin Ukraynanın iri şəhərlərini "ölü şəhərlərə" çevirməyi əmr edib

Neftin qiyməti 91 dolları ötdü

Neftin qiyməti 91 dolları ötdü

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

Şəkidə oteldə yanğın: 5 nəfər təxliyə olundu

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:1 sentyabrda baş vermiş TARİXİ HADİSƏLƏR

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Daha 117 ailə Ağdam şəhərinə yola salındı

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Xəzərdə boğulmaların səbəbi: Yeraltı çaylar, yoxsa dənizin çəkilməsi? – VİDEO

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Əncirin elmi sübut olunmuş 3 ƏSAS FAYDASI

Bu qidaları acqarına yemək olmaz

Bu qidaları acqarına yemək olmaz

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Yasamalda TƏHLÜKƏ: Dəmir lövhələr küləyin təsirindən qoparaq yerə düşür - VİDEO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

Kamran Ağabalayev əzələlərini nümayiş etdirdi – FOTO

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

40 yaşına qədər şanssız olan BÜRCLƏR - Həyatları kəskin dəyişir

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Evlilik qapılarını döyür - 4 bürcün bəxti açılır

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Ronaldo və Messi mübahisəsinə nöqtə qoyuldu – Tarixin ən yaxşısı odur

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Prezidentlə xanımının Bişkekdəki mərasimdən FOTOLARI

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanıldı

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Dünyada qiyməti ən çox BAHALAŞAN MƏHSUL məlum oldu

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Elşənin Vyetnam sərgüzəştləri – VİDEO

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Mirzoyan: "Yaxın günlərdə Ermənistan Azərbaycana məhsul satacaq"

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

Ramiz Mehdiyevə yeni ittiham elan olundu

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

İsmayıllıda avtomobil sexi yanaraq külə döndü - FOTO

End of content

No more pages to load

RADİO