Dənizə gedənlər üçün ÇİMƏRLİK HAVASI: Bu saatlarda getməyin!

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunan məlumata görə, iyulun 23-də cənub-şərq küləyi əsəcək.
 

“Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq”, - məlumatda qeyd olunub.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 23-də ölkə ərazisində havanın temperaturu 39 dərəcəyədək yüksələcək.

Həftəsonu isə Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Təhlükəsiz günəşlənmə üçün səhər saat 10:00-a qədər və axşam saat 17:00-dan sonra açıq havada olmaq daha məqsədəuyğundur. Günəş altında qalma müddəti tədricən artırılmalı, kölgədə dincəlməli və qoruyucu vasitələrdən istifadə edilməlidir.
 

Xüsusilə açıq havada uzun müddət günəş altında qalmaq orqanizmin həddindən artıq qızmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, günvurmanın qarşısını almaq üçün sadə qaydalara əməl etmək və ilk əlamətləri vaxtında tanımaq böyük əhəmiyyət daşıyır.


Günvurma günəş şüalarının ən güclü olduğu saatlarda - təxminən 11:00-dan 17:00-dək müşahidə olunur. Bu vaxtlarda açıq havada uzun müddət qalmaq xüsusilə təhlükəlidir.

Huşun itməsi, qıcolma, bədən temperaturunun 40°C və daha yüksək olması, güclü nəfəs darlığı, sinə ağrısı, qusmanın davam etməsi və ya vəziyyətin qısa müddətdə yaxşılaşmaması hallarında təcili tibbi yardım çağırılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO