Xaricdəki bloqerlərə vətən və milli kimlik dərsi - Əli Vəliyev yazır

“Qarabağda separatçıları təbliğ edəndə bəs Vətən haqda düşünmürdüz?” – qısa və konkret! Buna idmanın boks növündə ilk saniyələrdəcə NOKAUT vəziyyəti deyilir. Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya dediyi sözləri nəzərdə tuturam.

Bu fikirləri  xaricdə mənzillənən və özünü siyasi fikir adamı, müxalifətçi kimi təqdim edən bütün mühacir bloggerlərə aid edərdim. Çünki, firavan həyat ardıyca Avropaya üz tutanların əksəriyyəti hakimiyyətlə müxalif olmağı, Vətənlə, xalqla düşmənçiliklə səhv salırlar.  Elə bilirlər ki, onun-bunun ana-bacısına söymək, ailə üzvlərinə şər atmaq, gizli çəkilən fotoları paylaşmaq  jurnalistika fəaliyyəti sayılır və Azərbaycanda artıq məşhurdurlar.

Doğrudur, Tural elə də söyüş söyməsə də onun əksər “əqidədaşları” bu yolla baxış yığmağa, populyarlaşmağa çalışır, Qərbin bəzi mərkəzlərinin “diqqət və rəğbətini” qazanmağa cəhd edirlər. Amma unudurlar ki, Azərbaycanda özünə, ailəsinə hörmət qoyan heç kəs bu cür söyüşlərə qulaq asmır, xüsusilə də evində. Onların dinlənilmə auditoriyası yalnız çöl, bayır, yaxud da küçədir. Elə Hikmət Hacıyev də bunu deyir, haqlı olaraq soruşur ki, “Sizə elə gəlir Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Siz özünüzü jurnalist adlandırırsınız, amma bu peşə jurnalistika deyil. Sizin etdiyiniz müəyyən mənada bloq fəaliyyətidir. Siz şantaj yaradırsınız. Bu, jurnalistika deyil".

Maraqlıdır ki, mikrafon qarşısında şir-pələng kimi özlərini aparanlar nədənsə Prezidentin köməkçisinin sadə və bir qədər də  böyük nəsihətlərini xatırladan tövsiyyələri qarşısında susur, aciz görünür. Əgər bunların ən tanınanı və savadlısı bu vəziyyətə düşürsə, görəsən adi ali təhsili olmayanı hansı miskin duruma düşə bilər? Deməli, məntiq və faktlar qarşısında duruşları yoxdur, tab  gətirə bilmirlər. Bu dialoq daha bir həqiqəti də üzə çıxardı.

İnsan vətənə xəyanət edəndə daxili fiasko yaşayır, dili gödəklik, mənəvi aşınma, bir qədər də qorxu və narahatlıq hissləri keçirir. Hikmət Hacıyev bu psixoloji halın anatomiyasını belə şərh edir:  “Həyatda ən çətin şey vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mənim o insanlara sadəcə yazığım gəlir. Bu, vətənsiz yaşamaq deməkdir”. Yenə də qısa və konkret.

Sərrast və kəskin zərbələr. Amma bu zərbələr, öldürmək üçün deyil, yolundan azan gənclərin halına acıyan bir azərbaycanlının qürbətdə  öz soydaşına içdən gələn qardaş tövsiyyəsidir: coğrafi baxımdan vətənsiz yaşamaq olar, amma əqidə və mənəvi baxımdan YOX. Çünki vətənsiz insanın milli kimliyi də olmur.     

Əli Vəliyev, Manset.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

End of content

No more pages to load

RADİO