Amazon və TikTok Shop platformalarında "925 əyyarlı gümüş" adı ilə satılan bəzi zinət əşyalarının tərkibində yüksək miqdarda zəhərli kadmium aşkar edilib.
Bizim.Media xəbər verir ki, araşdırma zamanı bəzi məhsullarda kadmiumun miqdarının Böyük Britaniyada icazə verilən normanı minlərlə dəfə üstələdiyi müəyyən olunub.
Mütəxəssislərin sözlərinə görə, bu ağır metal böyrək, qaraciyər, ağciyər və sümüklərə zərər vurur, həmçinin xərçəng riskini artırır.
Ekspertlər istehlakçılara şübhəli dərəcədə ucuz "gümüş" zinət əşyalarını onlayn marketpleyslərdən almamağı tövsiyə edirlər.
Bizim.Media