“Mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar...”

Yaxınları bir neçə gün əvvəl vəfat edən Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayevanın ölümündə həkim səhlənkarlığı olduğunu iddia edir.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “qafqazinfo.az”a mərhumun həyat yoldaşı Aydın İsayev müraciət edib.

O bildirib ki, yoldaşını kəskin baş ağrısı və bədəninin uyuşması şikayətləri ilə Gəncədə yerləşən “Ozon Tibb Mərkəzi”nə aparıb: 

“İyulun 1-dən şiddətli baş ağrıları başladı, eyni zamanda əlində keyimə və hərəkət məhdudiyyəti yarandı. Yoldaşımı sözügedən xəstəxanada MRT müayinəsinə götürdülər. Bunun cavabına əsasən beyində iki törəmə olduğu deyildi”.

Ailə daha sonra MRT nəticəsini Gəncə Mərkəzi Klinik Xəstəxanasına apararaq neyrocərrah Ramis Hüseynova müraciət edib: 

“O, 10 günlük sistem müalicəsi yazdı. Müalicənin ikinci günündən yoldaşımın vəziyyəti pisləşdi. Xəstəxanada əvvəlcə KT (kompüter tomoqrafiyası) müayinəsi təyin olundu. Həmin gün həkim tərəfindən beşgünlük-ümumilikdə 10 sistemdən ibarət müalicə yazıldı. Müalicənin ikinci gününə kimi qidalanması və vəziyyəti normal olub. Ancaq həkimin yazdığı sistemlər vurulduqca durumu ağırlaşdı, əli və ayağı tamamilə tutuldu.

Bundan sonra isə Bakıda Milli Onkologiya Mərkəzinə yönləndirildik. Burada Emin həkim bildirdi ki, “Gəncədə çəkilmiş MRT nəticələri şübhə doğurur”. Buna görə yenidən MRT çəkilməsi tələb olundu”. 

Şikayətçi qeyd edib ki, təkrar MRT müayinəsindən sonra beyində törəmə yox, qansızma olduğu deyilib:

“Həkimlər vəziyyətin kritik olduğunu dedilər. Müsbət irəliləyiş olarsa, müdaxilə edilə bilərdi. Amma yoldaşımın vəziyyəti pisləşdiyi üçün Türkiyədən neyrocərrah dəvət etdim. Türkiyəli həkim xəstənin göz reflekslərinin olmadığını, buna görə də əməliyyatın mümkün olmadığını dedi. Sonradan müdaxilə edilsə belə, vəfat etdi”.

Mərhumun həyat yoldaşı bütün bunlarla yanaşı, xəstənin digər tibb müəssisəsinə göndərilməsi üçün verilən göndərişin gecikdirildiyini deyir: 

“Bu da müalicənin vaxtında başlanmasına mane oldu. Gedən pullara pis olmuram, onu zamanla yenidən qazanaram. Bəs, mənim canımı niyə aldılar? Gül kimi ailəmizi dağıtdılar, ailə tabloma xətt çəkdilər... Evə gedə bilmirik, ev üstümüzə gəlir. Diaqnoz düzgün qoyulsa və vaxtında lazımi tədbirlər görülsəydi, bəlkə də həyat yoldaşımı xilas etmək mümkün olardı”.

Məsələ ilə bağlı “Ozon Tibb Mərkəzi”nə də sorğu ünvanladıq. Mərkəzdən saytımıza cavab olaraq bildirildi ki, tibb müəssisəsi həkimin verdiyi rəyə görə hüquqi məsuliyyət daşımır: 

“Kəmalə İsayevanın MRT müayinəsi həkim-radioloq Heydər Əlisəfazadə tərəfindən qiymətləndirilib. Heydər Əlisəfazadə Azərbaycan Tibb Universitetinin məzunudur, Səhiyyə Nazirliyinin sertifikasiyasından keçib və tərtib etdiyi MRT rəylərinə görə şəxsən özü məsuliyyət daşıyır. Radioloq MRT görüntülərini qiymətləndirərkən rəyində beyində bədxassəli törəməyə bənzər görüntü olduğunu qeyd edib. Xəstənin ölüm səbəbi həmin törəmədir”.

İttihamlarda adı keçən həkim Ramis Hüseynovla bağlı Gəncə Mərkəzi Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Lakin xəstəxanadan bildirdilər ki, bununla bağlı cavab vermək istəmirlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

"Niyə heç kim Serenaydan danışmır?"

"Niyə heç kim Serenaydan danışmır?"

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi – SİYAHI

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

Prezident YAP-ın VIII Qurultayında – VİDEO

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

YAP islahatlar partiyasıdır! İlham Əliyev: Ölkəmizin şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var

Qardaşı da nişanlandı - Video

Qardaşı da nişanlandı - Video

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

End of content

No more pages to load

RADİO