Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsi tərəfindən regionun inzibati ərazi vahidlərində karantin tətbiq olunan zərərverici – Amerika ağ kəpənəyinin yayılma arealının müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi fitosanitar monitorinqlər həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 
Bildirilib ki, növbəti monitorinq çərçivəsində region üzrə 400-dən artıq nöqtədə fitosanitar müşahidələr aparılıb.

Zaqatala rayonunun Muğanlı, Danaçı, Maqov və Mosul, Balakən rayonunun Püştətala, İtitala, Çorçorbinə, Beretbinə, Talalar, Katex və Kortala kəndlərində, Qax rayonunun bir sıra ərazilərində, həmçinin Şəki rayonunun Köndələn kənd yolu, Babaratma və Qudula ərazilərində Amerika ağ kəpənəyinin yayıldığı müəyyən edilib. Aşkar edilmiş ilkin ocaqlarda zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə dərhal müvafiq mübarizə tədbirlərinə başlanılıb.

Əhalinin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirilib.

Sakinlərə Amerika ağ kəpənəyinin xarici görünüşü, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı və meşə bitkilərinə vura biləcəyi zərər, eləcə də mübarizə tədbirləri barədə məlumat verilib.
 

Həmçinin zərərvericinin mexaniki üsulla toplanaraq məhv edilməsi və yaşayış sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib. Zərərvericiyə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Kimyəvi mübarizə tədbirləri zamanı pestisidlərin düzgün seçilməsi və tətbiq qaydalarına əməl olunması tövsiyə olunub.


Zərərvericinin yayılma vəziyyətinin qiymətləndirilməsi, yeni ocaqların vaxtında müəyyənləşdirilməsi və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar monitorinqlər və maarifləndirmə tədbirləri davam etdiriləcək.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistraturada boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Magistraturada boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 şirkət ləğv olunur

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Ərdoğan da Bişkekdədir

Ərdoğan da Bişkekdədir

End of content

No more pages to load

RADİO