SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.

Bizim.Media “Gununsesi.info”ya istinadla xəbər verir ki, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

Saxlanılmasından bir gün sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb.

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir. Sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.
 

Xatırladaq ki, bir neçə gün əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş, sonradan ağır cinayətlərə görə məhkum edilən Mövlam Şıxəliyevə məxsus, həyat yoldaşının adına rəsmiləşən əmlaklarla bağlı daha bir məhkəmə çəkişməsi yekunlaşıb.


Səbail Rayon Məhkəməsində sona çatmış prosesdə yeni diqqətçəkən məqamlar üzə çıxıb.
Bildirilib ki, hakim Rəna Qafarovanın qəbul etdiyi qətnamədə göstərilir ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən, ümumi sahəsi 3583,8 kvadratmetr, torpaq sahəsi isə 3,87 hektar olan məşhur “Çoban Bulaq” Ailəvi İstirahət Mərkəzi paylı mülkiyyət hüququ əsasında rəsmiləşdirilib.

Məhkəmə sənədlərinə görə, həmin kompleksin 1/2 hissəsi YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun həyat yoldaşı Həqiqət Balaqadaşovaya, digər 1/2 hissəsi isə Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevaya məxsusdur.
 

“Çoban Bulaq” Ailəvi İstirahət Mərkəzinin infrastrukturunun şimal zonasında tayı-bərabəri yoxdur. Mərkəzdə 40 kottec, 2 şadlıq sarayı, otel, restoranlar, böyük açıq hovuz, uşaq əyləncə zonası, futbol və voleybol meydançaları, geniş yaşıllıq və istirahət ərazisi, avtodayanacaq və s. daxildir.


Mərkəzdən Xəzər dənizi sahilinə çıxış var. Mərkəzin ümumi dəyəri 20 milyon manat civarında qiymətləndirilir. Yəni əmlakın tam yarısı, 10 milyon manatlıq hissəsi Mövlam Şıxəliyevə məxsusdur. Belə bir kompleks Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən həbsdən kənarda qalıb.

Səbail məhkəməsi müəyyən edib ki, Aybəniz Şıxəliyevanın payı Mövlam Şıxəliyevlə nikah dövründə əldə edildiyi üçün həmin hissə üzərində Mövlam Şıxəliyevin də hüququ mövcuddur.

Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxslərin əmlak kompleksinin bütövlükdə Mövlam Şıxəliyevin mülkiyyəti kimi tanınması barədə tələbi təmin etməyib. Səbəb isə kompleksin digər hissəsinin başqa şəxsə məxsus olmasıdır.
 

Qərarda diqqət çəkən məqamlardan biri də odur ki, iş materiallarında Xaçmaz rayonunda uzun illər Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik etmiş Məhəmməd Balaqadaşovun adı çəkilir.


Məhkəmə qeyd edir ki, həmin əmlakın onun tam mülkiyyətində olmasına dair sübut təqdim edilməyib və vaxtilə əmlakın həbsdən azad edilməsi də onun tam mülkiyyət hüququnu təsdiq etmir.

Bu faktlar ictimai müzakirələr üçün yeni suallar yaradır. Əgər eyni əmlak kompleksi həm ağır cinayətlərə görə məhkum edilmiş keçmiş MTN generalının ailəsi, həm də uzun illər dövlət və hakim partiya strukturlarında rəhbər vəzifə tutmuş şəxsin ailəsi ilə əlaqələndirilirsə, bu əmlak münasibətlərinin necə formalaşdığına dair cəmiyyətin sual verməsi təbiidir.
 

Məlum olduğu kimi, Mövlam Şıxəliyev barəsində qüvvəyə minmiş məhkəmə hökmü ilə onun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupun vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə, qanunsuz sahibkarlıq fəaliyyəti və digər ağır cinayətlər törətdiyi müəyyən olunub. Həmin cinayət işləri üzrə çoxsaylı sahibkar və vətəndaş zərərçəkmiş kimi tanınıb.


Məhz bu səbəbdən Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlakların hüquqi mənşəyi uzun illərdir araşdırma mövzusudur. Səbail Rayon Məhkəməsinin son qərarı da həmin əmlaklardan birinin başqa ailə ilə paylı mülkiyyətdə olduğunu təsdiqləyir.

Qeyd edilməlidir ki, məhkəmə qətnaməsində Məhəmməd Balaqadaşovun hər hansı cinayət əməlində iştirak etməsi və ya Mövlam Şıxəliyevin cinayət fəaliyyətinə şərik olması barədə nəticə yoxdur. Bununla belə, eyni əmlak üzərində paylı mülkiyyət münasibətlərinin mövcudluğu ictimai maraq doğuran hal kimi diqqət çəkir və gələcək hüquqi araşdırmaların predmetinə çevrilə bilər.
 

Məhkəmə nəticə etibarilə Xaçmaz rayonundakı “Çobanbulaq” Ailəvi İstirahət Kompleksinin Aybəniz Şıxəliyevaya məxsus hissəsində Mövlam Şıxəliyevin payını tanıyıb, lakin əmlakın bütövlükdə ona aid olması barədə tələbi rədd edib.


Eyni zamanda BMW M6 markalı avtomobil və Bakı şəhərində yerləşən mənzillərdən biri də birgə nikah əmlakı kimi qiymətləndirilib. Bu qərar bir daha göstərir ki, keçmiş MTN rəhbərliyinin ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklarla bağlı hüquqi mübahisələr hələ də tam başa çatmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu – VİDEO

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Ankara sammiti: NATO-nun yeni "3.0" dövrü və Ukraynaya dəstək

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

NATO-nun Ankara Bəyannaməsi qəbul edildi – TAM MƏTN

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

Macarıstan dövlət mediasında "tarixi etiraf": Yalan dövrü bitdi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

İran raket arsenalını bərpa edir: "Atəşkəs" dövrü Tehran üçün fürsətə çevrildi

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

Balakən sakinini sel apardı- VİDEO

Balakən sakinini sel apardı- VİDEO

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

End of content

No more pages to load

RADİO