Bu ölkə milyonlarla işçi axtarır – Azərbaycanlılar üçün həlledici ŞƏRT

Almaniya kansleri Fridrix Merz deyib ki, hazırda ölkədə hər gün 300–500 arasında iş yeri bağlanır. Digər tərəfdən, proqnozlara görə, 10 il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər. Bu proqnozlar Azərbaycanda da maraq doğurub. Almaniyada yaşayıb işləmək istəyən azərbaycanlıların sayı onsuz da az deyil və yeni məlumatların miqrasiya meyllərinə təsir edib-etməyəcəyi müzakirə olunur.

Bu proses azərbaycanlıların Almaniyaya əmək miqrasiyasını artıra bilərmi? Hazırda oraya getmək istəyənlər üçün real imkanlar hansı sahələrdədir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan deputat Azər Allahverənovun sözlərinə görə, Almaniya uzun illərdir miqrantlar üçün ən cəlbedici ölkələrdən biri hesab olunur:

“Bunun əsas səbəbləri ölkədə mövcud olan sosial dəstək proqramları, geniş əmək bazarı, yüksək həyat səviyyəsi və miqrantların yerli cəmiyyətə inteqrasiyası üçün yaradılmış imkanlardır. Məhz bu amillər Almaniyanı Avropada miqrantların ən çox üz tutduğu ölkəyə çevirib. Son onilliklər ərzində Avropaya yönələn miqrasiya axınlarına nəzər saldıqda da bunu aydın görmək mümkündür.

Xüsusilə Yaxın Şərqdə baş verən siyasi proseslər, o cümlədən “Ərəb baharı”ndan sonra yaranan hərbi münaqişələr milyonlarla insanı öz ölkələrini tərk etməyə məcbur etdi və onların böyük hissəsi məhz Almaniyaya üz tutdu. Eyni tendensiya Rusiya–Ukrayna müharibəsi fonunda da müşahidə olunur.

Ukraynadan köç edən insanların əhəmiyyətli hissəsi Almaniyada məskunlaşmağa üstünlük verib. Bu faktlar göstərir ki, Almaniya miqrantlar üçün əlverişli imkanlar təqdim edir. Lakin bu imkanlar yalnız ilk baxışdan asan görünür. Alman cəmiyyətinə uğurlu inteqrasiya üçün ilk növbədə alman dilini bilmək vacibdir. Bu olmadan həm iş tapmaq, həm də cəmiyyətə uyğunlaşmaq kifayət qədər çətin olur”.

Deputat bildirib ki, Almaniyanın əmək bazarında müxtəlif millətlərdən olan miqrantlar geniş şəkildə fəaliyyət göstərirlər:

“Son illərdə ölkədə iqtisadi artımın zəifləməsi və bəzi sahələrdə yaranan çətinliklər əmək bazarına da təsir göstərib. Nəticədə bəzi miqrantlar işlərini itirsələr də, onların böyük əksəriyyəti ölkəni tərk etmək əvəzinə yeni iş imkanları axtarmağa üstünlük verir.

Çünki bu çətinliklər daha çox müvəqqəti xarakter daşıyır. Almaniyada müəyyən dərəcədə anti-miqrant əhval-ruhiyyəsi də mövcuddur. Bu tendensiya bəzi şəhər və federal torpaqlarda daha qabarıq hiss olunur. Lakin ümumilikdə ölkənin əksər bölgələrində əmək miqrantlarına münasibət kifayət qədər normaldır. Miqrantlar bəzi hallarda ictimai və siyasi həyatda da fəal iştirak edirlər”.

A.Allahverənovun sözlərinə görə, Almaniyada əmək bazarında ən çox tələbat olan sahə səhiyyə sektorudur:

“Orada uzun illərdir həkimlərə və digər tibb işçilərinə ciddi ehtiyac var. Bu gün çoxlu sayda Azərbaycan vətəndaşı da Almaniyada həkim kimi fəaliyyət göstərir. Böyük türk diasporasının mövcudluğu yeni gələnlərin uyğunlaşmasını və xüsusilə xidmət sektorunda iş tapmasını müəyyən qədər asanlaşdırır. İkinci mühüm istiqamət informasiya texnologiyaları sahəsidir. Berlin uzun illərdir yüksək ixtisaslı İT mütəxəssislərinin cəlb olunması üçün müxtəlif proqramlar həyata keçirir.
 

Vaxtilə Cənubi Koreya, Yaponiya və digər Asiya ölkələrindən minlərlə İT mütəxəssisinin Almaniyaya cəlb edilməsi üçün xüsusi təşviq mexanizmləri tətbiq olunurdu. Digər mühüm sahə isə mühəndislikdir. Almaniyanın güclü sənaye potensialı və çoxsaylı istehsal müəssisələri yüksək ixtisaslı mühəndislərə daim ehtiyac yaradır. Bundan əlavə, xidmət sektoru da əmək miqrantlarının ən çox çalışdığı sahələrdəndir.


Restoran, otelçilik, turizm, logistika və xidmət sahələrinin digər istiqamətlərində miqrantlar geniş şəkildə təmsil olunurlar. Almaniyada işləmək istəyən şəxslər üçün əsas şərtlərdən biri dil biliyidir. Tələb olunan dil səviyyəsi ixtisasdan asılı olaraq dəyişir, lakin minimum səviyyədə alman dilini bilmək demək olar ki, zəruridir. Buna görə də Almaniyaya getməyi planlaşdıran şəxslərə əvvəlcə dil hazırlığı keçmələri tövsiyə olunur. Bu, sonradan həm iş tapmağı, həm də cəmiyyətə uyğunlaşmağı xeyli asanlaşdırır”.

Millət vəkili qeyd edib ki, bəzi şəxslər Almaniyaya sığınacaq almaq yolu ilə getməyə çalışırlar:

“Lakin unutmaq olmaz ki, qaçqın statusu almaq üçün təqdim olunan əsaslar ciddi şəkildə araşdırılır. Əgər müraciət kifayət qədər əsaslandırılmayıbsa, sığınacaq müraciəti rədd edilir. Bu isə həmin şəxsin hüquqi vəziyyətini daha da çətinləşdirə bilər.

Ona görə də ən doğru yol Almaniyaya qanuni əsaslarla, yəni iş vizası, təhsil və ya digər rəsmi proqramlar vasitəsilə getməkdir. Xüsusilə səhiyyə, informasiya texnologiyaları, mühəndislik və xidmət sahələrində ixtisası olan şəxslərin əmək bazarında uğur qazanmaq imkanları daha yüksəkdir”.

Qeyd edək ki, Azərbaycandan Almaniyaya hər il iş, təhsil və digər məqsədlərlə minlərlə insan köç edir. Onların arasında qeyri-rəsmi yollarla getməyə çalışanlar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

“Qarabağ”dan 1 milyonluq TRANSFER

“Qarabağ”dan 1 milyonluq TRANSFER

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi telefonuna baxan arvadını döydü

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

End of content

No more pages to load

RADİO