Sverdlovsk Vilayət Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalının barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayətinə baxıb. Məhkəmə cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciəti təmin etməyərək hökmü dəyişmədən qüvvədə saxlayıb.
Bizim.Media xəbər verir ki, Şahin Şıxlinski və oğlu hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli biliniblər.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin qərarı ilə Şahin Şıxlinski 9 il müddətinə ciddi rejimli, oğlu Mütvalı isə 8 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilmişdi.
Bizim.Media