Quba rayonunda antinarkotik əməliyyatı keçirilib.
Bizim.Media xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən reallaşdırılan tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Orxan Sultanlı saxlanılıb.
Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan Sultanlı barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media