Yay tətilində dərs - Şagirdlər bu layihədən nə qazanır?

Azərbaycan məktəblərində dərs ili rəsmi olaraq iyun ayının 14-də bitsə də bir neçə ildir ki, dövlət ümumi təhsil müəssisələrində əlavə iki həftə ərzində “Yay məktəbi” çərçivəsində dərslər keçirilir. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Yay məktəbi” əsasən iki həftə davam edir və burada müxtəlif siniflərin şagirdləri iştirak edir. Ödənişsiz və könüllü əsaslarla keçirilən dərslərin cədvəli şagirdlərin dərs xüsusiyyəti nəzərə alınmaqla müəyyən edilir. Daha çox ekskursiya, muzey dərsləri, açıq havada məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dövlət məktəblərində “Yay məktəbi” ənənəsi əsasən, koronavirus pandemiyası zamanı tədris prosesində yaranmış fasilələrlə bağlı idi. Lakin bir neçə ildir ənənə davam edir.

Bəs bu dərslərin effektivliyinin yoxlanılması haqda monitorinq aparılıbmı? Dərslərin keçirilmə məqsədi nədir?

Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, “Yay məktəbi”nin təşkilində başlıca məqsəd şagirdlərin müxtəlif istiqamətlər üzrə bacarıqlarının müəyyənləşməsi və formalaşmasıdır:

“Eyni zamanda, tədris başa çatdıqdan sonrakı iki həftə ərzində onların həm səmərəli istirahət etməsi, həm də təhsil prosesində iştirakını davam etdirməsi vacibdir ki, seçilmiş istiqamətlər üzrə bilik və bacarıqları formalaşsın və inkişaf etsin.

Burada müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar, şahmat, futbol, əl bacarıqlarının inkişafı, rəsm istiqaməti üzrə məşğələlər təşkil olunur. Həmçinin müxtəlif fənlər üzrə onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür”.

Effektivliyin yoxlanılması məsələsinə gəldikdə isə ekspert vurğulayıb ki, burada məqsəd hansısa qiymətləndirmənin həyata keçirilməsi deyil:

“Bu layihənin məqsədi şagirdlərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının formalaşdırılması və təkmilləşdirilməsidir. Şagirdlər burada əldə etdikləri bilik və bacarıqları növbəti tədris ilində tətbiq etmək və inkişaf etdirmək imkanı qazanırlar. 

Bu dərslərin nə dərəcədə səmərəli olduğunu isə ən yaxşı valideynlər və şagirdlərin özləri qiymətləndirə bilərlər. Çünki onlar bu məşğələlərdə iştirak etməklə hansı bilik və bacarıqları əldə etdiklərini, eləcə də hansı müsbət nəticələr qazandıqlarını daha yaxından müşahidə edirlər.”

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

End of content

No more pages to load

RADİO