İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir.
"Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq",- deyə qurumun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.
Bizim.Media