Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Rəqəmsal pul kisələri icad olunandan nağd pul çox az adamda tapılır. Yəqin kassada ərzaqla dolu araba ilə dayananda, yaxud taksidə online portmanatın sizi əlacsız qoyduğu anlar da olub.

Ya sistemdə problem yaranır, ya internet tutmur və s. Buna görə də mütəxəssislər nağd pula qayıtmağı məsləhət görürlər, amma həm evdə, həm də çanta və ya portmanatda nə qədər saxlamaq lazımdır, bu da çoxlarını maraqlandıran sualdır.

Əvvəllər maliyyə analitikləri bunu uğursuz bir təsadüf adlandırırdılar.

Amma indi özləri təklif edirlər ki, üstünüzdə lazımi ehtiyac üçün bir az nağd pul olsun.  Çünki son iki ildə texniki uğursuzluqlar tez-tez təkrarlanır. Bundan başqa, kiberhücumlar, yəni maliyyə infrastrukturuna haker hücumları adi hala çevrilib. Buna görə də, fırıldaqçılıqla mübarizə aparmaq üçün banklar avtomatik nəzarəti gücləndiriblər.

Müştərinin davranışı şübhəli görünürsə (böyük məbləğ, ardıcıl olaraq birdən çox əməliyyat), hesaba giriş müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Blokun açılması bir neçə saatdan günlərə qədər davam edəcək. Belə olan halda nağd pul mütləq köməyə gələcək.

Bəs evdə nə qədər pul saxlamaq lazımdır?

Nağd puldan tamamilə imtina etmək risklidir. Amma bütün əmanətlərinizi döşəyinizin altına qoymaq da həll yolu deyil, inflyasiya onu “yeyəcək”. Pul kisəsində 4-5 günlük zəruri xərclər üçün kifayət edəcək pul saxlaya bilərsiniz. Əsas xərclər: ərzaq məhsulları, dərman vasitələri, avtomobil yanacağı (yaxud taksi) üçün bir neçə günlük nağd pul bəs edər.
 

Evdə isə ən az 1 ayı “görə biləcək” nağd pulun olması vacibdir. Bir neçə ayı təmin etməsi lap yaxşı olar. Amma pulun hamısı da bir yerdə saxlanılmasın. Bir hissəsini evin quru saxlancında (dondurucuda, döşəmənin altında qəti olmaz: əskinaslar xarab olacaq) gizlədin, digər hissəsini də özünüz qədər etibar etdiyiniz adama – anaya ya bacınıza verin.


Ehtiyatınızı yeniləyin: hər ay əskinaslarınızı yoxlayın, onları gündəlik həyatda istifadə edin və dərhal dəyişdirin. Bu yolla, onların bir-birinə yapışmadığından və ya zədələnmədiyindən əmin ola bilərsiniz. Ən əsası bütün pulları iri əskinaslarla saxlamayın, aşağı nominallı pullar sizin rahatlığınızdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

“Turan Tovuz” - “Fənərbağça” matçında möhtəşəm pankart - VİDEO

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

End of content

No more pages to load

RADİO