ADNSU QS Dünya Universitetləri Reytinqində 180 pillə irəliləyərək 711–ci yerə yüksəldi – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq ali təhsil məkanında tarixi uğura imza atıb.

Bizim.Media xəbər verir ki, Universitet 2027-ci il üzrə QS Dünya Universitetlər Reytinqinin nəticələrinə əsasən, qlobal reytinqdə 711–720-ci yer aralığında qərarlaşıb və bu göstərici ADNSU-nun indiyədək QS dünya reytinqində əldə etdiyi ən yüksək nəticədir.

ADNSU ötən ilki QS Dünya Universitetləri Reytinqində 851–900-cü yer aralığında qərarlaşmışdı. Yeni nəticəyə əsasən, universitet qlobal miqyasda təxminən 180 pillə irəliləyərək dünyanın aparıcı ali təhsil müəssisələri sırasında mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
 

Onu da qeyd edək ki, ADNSU bu nəticə ilə Cənubi Qafqazda mühəndislik profilli ali təhsil müəssisələri arasında birinci yerə yüksəlib. Bu nəticə universitetin son illərdə həyata keçirdiyi sistemli islahatların, təhsil keyfiyyətinin artırılması, elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və sənaye ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində aparılan ardıcıl işlərin mühüm göstəricisidir.


Universitetin ən böyük irəliləyişlərindən biri “İşəgötürənlər arasında reputasiya” göstəricisi üzrə qeydə alınıb. Bu istiqamətdə ADNSU 685-ci yerdən 477-ci yerə yüksəlib. Sözügedən göstərici işəgötürənlərin universitet məzunlarının hazırlıq səviyyəsi və əmək bazarına uyğunluğu ilə bağlı qiymətləndirmələrini əks etdirir. Bu nəticə ADNSU məzunlarına sənaye və işəgötürənlər tərəfindən etimadın artdığını, universitetin tədris proqramlarının əmək bazarının real tələblərinə uyğun inkişaf etdiyini nümayiş etdirir.

ADNSU “Məzunların məşğulluq nəticələri” göstəricisi üzrə də mövqeyini yaxşılaşdıraraq 391-ci yerdən 368-ci yerə yüksəlib. Bu göstərici məzunların əmək bazarındakı uğurlarını, karyera qurmaq imkanlarını və cəmiyyətə töhfə vermək potensialını ölçür. Nəticə universitetin yüksək ixtisaslı, rəqabətqabiliyyətli və sənayenin ehtiyaclarına cavab verən kadrlar hazırlamaq istiqamətindəki strateji yanaşmasını təsdiqləyir.
 

Tədris mühitinin keyfiyyətini əks etdirən “Müəllim-tələbə nisbəti” göstəricisi üzrə də ciddi irəliləyiş əldə olunub. ADNSU bu istiqamətdə 208-ci yerdən 172-ci yerə yüksəlib. Bu göstərici tələbələrə göstərilən akademik dəstəyin, professor-müəllim heyətinin əlçatanlığının və tədris prosesinin keyfiyyətinin yüksəldiyini göstərir.


Beynəlmiləlləşmə istiqamətində də ADNSU-nun mövqeləri güclənib. “Beynəlxalq akademik heyət” göstəricisi üzrə universitet 456-cı yerdən 376-cı yerə, “Əcnəbi tələbələr” göstəricisi üzrə isə 851-ci yerdən 736-cı yerə yüksəlib. Bu nəticələr ADNSU-nun beynəlxalq akademik mühitdə tanınmasının artdığını, xarici tələbə və müəllimlər üçün cəlbediciliyinin gücləndiyini, həmçinin qlobal tərəfdaşlıq və mobillik imkanlarının genişləndiyini göstərir.

Son üç ildə ADNSU QS dünya reytinqində ən sürətli yüksəlişlərdən birini nümayiş etdirib. Universitet 2024-cü ildə 1201–1400-cü yer aralığından 2027-ci ildə 711–720-ci yer aralığına yüksələrək regionda ali təhsil sahəsində dinamik inkişaf nümunəsi ortaya qoyub.

ADNSU-nun rektoru dosent Rüfət Əzizov bildirib ki, bu nəticə universitetin tələbələri, müəllimləri, tədqiqatçıları, əməkdaşları, məzunları və sənaye tərəfdaşlarının birgə əməyinin nəticəsidir:
 

“Bu nailiyyət məzunların məşğulluğu, təhsilin keyfiyyəti və beynəlmiləlləşmə istiqamətlərində əldə etdiyimiz irəliləyişlərin beynəlxalq səviyyədə təsdiqidir. Reytinqlər bizim üçün son məqsəd deyil, lakin universitetin qlobal rəqabət qabiliyyətinin və transformasiya prosesinin mühüm göstəricisidir. Bu nəticə bizi daha güclü tədqiqat universitetinə çevrilmək yolunda yeni hədəflərə ruhlandırır.”


Qeyd edək ki, ADNSU son illərdə elmi-tədqiqat potensialının artırılması, beynəlxalq ikili diplom və tərəfdaşlıq proqramlarının genişləndirilməsi, tələbə və akademik heyət mobilliyinin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, innovativ akademik proqramların inkişafı və sənaye ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO