Maklerlik ixtisası açılır - Kimlər tədris edəcək?

Azərbaycanda ali təhsil sisteminə daxil edilən yeni ixtisaslardan biri də "Daşınmaz əmlakın idarə olunması"dır. Son illər ölkədə yaşayış komplekslərinin, ticarət obyektlərinin və digər daşınmaz əmlakların sayı artdıqca onların peşəkar şəkildə idarə edilməsinə ehtiyac da artır. Bir çox ölkələrdə ayrıca peşə sahəsi kimi formalaşan əmlak idarəçiliyi artıq Azərbaycanda da universitet səviyyəsində tədris olunacaq.

Lakin yeni ixtisasla bağlı bir sıra suallar yaranır. Sosial şəbəkələrdə bu yeniliyə fikir bildirən bəzi gənclər daşınmaz əmlak idarəçiliyinin daha çox praktik fəaliyyət sahəsi olduğunu düşünürlər.

Buna görə bu sahəni uzunmüddətli ali təhsildən çox peşə və sertifikat proqramları ilə də öyrədilə biləcəyini bildirirlər.

Bəs yeni ixtisas əmək bazarının real tələbatından yaranıb, yoxsa sadəcə diplom əldə etmək üçün istiqamət formalaşdırılır? 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında qeyd edir ki, dördillik bakalavr təhsili bu sahə üçün vacib elementlərdən biridir:

“Daşınmaz əmlakların idarə olunması, onların qiymətləndirilməsi ilə bağlı bu gün ölkədə çox ciddi problemlər var. Sözügedən ixtisas yaxşı mütəxəssislər yetişdirəcəksə, bu sahə gələcəkdə çox böyük işlər görəcək.

Nəzərə alsaq ki, Azərbaycanda artıq şəhərsalma ilə bağlı beynəlxalq forumlar keçirilir. Bakının və yaxud da ölkənin digər böyük şəhərlərinin yenidən qurulması ilə bağlı təkliflər var. Bu səbəbdən gələcəkdə peşəkar mütəxəssislərə ehtiyac olacaq”.

Ekspertin fikrincə, bu ixtisası daha mükəmməl və savadlı kadrlar yetişdirməklə məqsədəuyğun etmək olar. Əks halda isə onların fayda verəcəyi şübhəlidir.

Bəs sahə üzrə mütəxəssis hazırlamaq üçün universitetlərdə kifayət qədər akademik baza və müəllim varmı?

M.Məmmədlinin sözlərinə görə, əlavə edilən ixtisasda daha çox inşaat mühəndislərinin, yəni xüsusilə tikinti sahəsi üzrə olan mütəxəssislərin tədris keçməsi vacibdir:

“Qaydaya görə hansısa bir ixtisasın yaranması üçün əvvəlcədən həmin ixtisasa uyğun maddi-texniki baza formalaşmalı, ixtisaslı kadrlar, müəllimlər müəyyən edilməli, vakansiyalar elan olunmalıdır. Ancaq bəzən bu kimi hallar bir qədər tərsinə olur. Məsələn, ayrı-ayrı peşə sahiblərini həmin ixtisasa cəlb etməklə məzunları birbaşa əmək bazarının standartlarına uyğun təmin etmək olmayacaq.

Gərək bunun üçün əvvəlcə laboratoriyalar qurular, vakansiyalar elan olunardı. Lakin mən mediada bu ixtisas üzrə bir elanla rastlaşmadım.Bu işin iqtisadi tərəfi də var. Daşınmaz əmlakın qiymətləndirilməsi üçün ora sərf olunmuş tikinti-inşaat materiallarının, onun smetasının dəyərləndirilməsi lazımdır. Ona görə də bu işi mütəxəssis kimi inşaat mühəndisləri tədris etməlidirlər”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na 6.46-cı bənd əlavə olunub.

Dəyişikliyə əsasən, "Daşınmaz əmlakın idarə olunması” ixtisası rəsmi şəkildə bakalavriat səviyyəsində yeni ixtisaslar siyahısına daxil edilib. 

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO