Nağılbazlar, yoxsa gəlmə ərəblər: Masallının əsasını kimlər qoyub? – TOPONİMLƏR

Azərbaycanın səfalı və füsunkar guşələrindən olan, Cənub incisi Masallı rayonun adı ilk baxışda çox sadə görünür. Əsl türk mənşəli masal (nağıl) sözü dərhal ağla gəlir. Amma düşündüyümüz kimi deyilmiş.

Sözün etimologiyasına keçməzdən əvvəl Masallının tarixinə nəzər salaq:

Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuş Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala ilə həmsərhəddir. Bakı- Astara yolunun 232-ci kilometrliyində yerləşir. Qədim qalaları, məşhur “İstisu”yu, nadir ağaclarla zəngin meşələri ilə insanları cəlb edir.
 

Yeri gəlmişkən, “İstisu” oynaq-əzələ, əsəb sistemi, bir çox dəri, habelə mədə-bağırsaq və bəzi ginekoloji xəstəliklərin çarəsidir. Masallı ərazisi 168 qədim, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.


Masallının çox qədim tarixi var. Aparılan arxeloji qazıntılar göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıb. Böyük Azərbaycan tarixçisi və yazarı Abbasqulu Ağa Bakıxanovun "Gülüstani - İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilir.  

Masallı antik dövrdə Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olub. XIX əsdə Lənkəran qəzasının tərkibində idi. 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

Rayonun adına gəlincə...

Bir çox versiyalar var ki, hələ də dilçilər və tarixçilər bir qərara gəlməyiblər. Bəlkə də insanların seçiminə buraxıblar: kimə hansı variant xoşdursa, onu da qəbul etsin.

İlk versiya “Məsəl” sözü ilə əsaslandırılır. Bəzi mənbələrdə “Masallı” sözü “məsəlli”, yəni “məsəl çox çəkilən yer” mənasında izah edilir. Bu, o qədər də uğurlu versiya deyil. Ona qalsa, Azərbaycanın bütün bölgələrində ağsaqqal-ağbirçəklərimiz məsəldən bol olublar və yeni nəsil də bu məsəlləri həyat devizi kimi götürüb əməl edib.
 

İkinciyə əsas versiya da demək olar: belə deyilir ki, vaxtilə ərazinin adı “Mosullu” formasında olub və İraqdakı Mosul şəhərindən köçüb gəlmiş ərəblərlə bağlıdır. Ümumiyyətlə Azərbaycanın müxtəlif bölgələrində ərəb kəndləri var. Xüsusilə də Şamaxıda ərəb sözü ilə başlanan kənd adları çoxluq təşkil edir.  Zaman keçdikcə “Mosullu” “Masallı” şəklinə çevrilmiş ola bilər.


Başqa bir versiyada isə İranda “Masal” adlı türk tayfaları olub. Bu halda “Masallı” “Masal nəslinə mənsub yer” mənasını verir. Onlar tayfalarının adlarına xas şəkildə nağılçılar olub.

Elə tayfa başçısı da zamanının ən böyük nağılbazlarından olduğu üçün onun törəmələri də bu adla tanınıb. İlkin versiyada Masallı yox, Masalçı olub. Tədricən hərf əvəzlənib.

Masallının etimologiyası tam şəkildə müəyyənləşdirilməsə də keçmişimizin bizə yadigar qoyduğu ən əsrarəngiz sərvətidir.




Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO