Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır...

Vasif Həsənli: “Şübhəsiz ki, sözügedən mexanizmin əsas məqsədi...”

Media və yayım sahəsində vahid dövlət qurumunun yaradılması təklif olunur. Söhbət Media və Yayım Şurasından gedir. Media sahəsində vahid qurumun fəaliyyət göstərməsi nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə görə, bu qurumun yeni səlahiyyətləri olacaq. Bu səlahiyyətləri içində belə bir məsələ diqqətimizi cəlb etdi.

Bu dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etməkdir.

Bu xüsusilə çox vacibdir. Bu mexanizm necə təsəvvür olunur?

Bizim.Media
xəbər verir ki, “Demokrat.az” xəbər portalının direktoru, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması" İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.

“Bununla bağlı məsələ “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın vahid qurum altında birləşdirilərək Media və Yayım Şurasının yaradılmasını müsbət qiymətləndirirəm.
 

Düşünəm ki, bu addım Azərbaycan mediasının inkişafında yeni müsbət mərhələnin başlanğıcı olacaq. Çap, onlayn media resursları və teleradio yayımçılarının fəaliyyətinin eyni platformada tənzimlənməsi müasir informasiya mühitinin reallıqlarından irəli gələn zərurətdir.


Bu gün media sahələri arasındakı sərhədlər sürətlə aradan qalxır. Artıq qəzetlər və xəbər saytları da telekanallar kimi videoməzmun istehsal edir. Hazırda televiziya kanalları rəqəmsal platformalarda fəaliyyət göstərir, sosial media isə informasiya dövriyyəsinin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə müxtəlif media resurslarının ayrı-ayrı qurumlar tərəfindən idarə olunması müəyyən koordinasiya problemləri yarada bilər”.

V.Həsənli hesab edir ki, bu baxımdan yeni qurumun yaradılması vahid media siyasətinin həyata keçirilməsinə, idarəetmədə çevikliyin artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək.

“Dezinformasiya ilə bağlı risk yarandıqda və ya cəmiyyətdə yanlış məlumat sürətlə yayıldıqda, isə düşünürəm ki, Media və Yayım Şurası aidiyyəti dövlət qurumları ilə operativ əlaqəyə keçərək məlumatın doğruluğunu qısa müddətdə dəqiqləşdirir və ictimaiyyətə dəqiq mövqenin çatdırılmasını koordinasiya edə biləcək.

Şübhəsiz ki, sözügedən mexanizmin əsas məqsədi senzura yaratmaq deyil, əksinə, dezinformasiya axının qarşısını almaq, etibarlı məlumatın daha sürətli yayılmasını təmin etmək və dezinformasiyanın cəmiyyətə, dövlətə və vətəndaşlara vurduğu zərəri minimuma endirməkdir. Əminəm ki, yeni yaradılacaq Media və Yayım Şurası bu işin öhdəsindən uğurla gələ biləcək”-deyə V.Həsənli qeyd etdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO