Baş ağrısı hamıda müşahidə olunur, amma bəzilərində mütəmadi ağrılar göz açmağa imkan vermir. Çoxları bəlkə də heç miqren olduğunu bilmir.
Bizim.Media xəbər verir ki, tipik baş ağrısından fərqli olaraq, miqren dörd saatdan 72 saata qədər davam edir, dərmanlara reaksiya verməyə bilər və işığa və səsə həssaslıq kimi əlavə simptomlarla müşayiət olunur.
Miqren adı ağrıkəsici dərmanlarla sakitləşmir. Nevroloqların sözlərinə görə, miqren digər baş ağrılarından yüksək intensivliyi və aydın meyarların olması ilə fərqlənir.
"Miqren adətən başın bir tərəfindən başlayır, lakin digər tərəfinə yayıla bilər. Bu, uzunmüddətli baş ağrısıdır, tutmalar dörd saatdan 72 saata qədər davam edir və ağrı şkalasında ən azı beş balla qiymətləndirilir", - rusiyalı nevroloqlar izah edib.
Bizim.Media