Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Qanunun tələblərinin pozulması halları aşkar edildikdə, Media və Yayım Şurası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirəcək.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.
MÖVZU İLƏ BAĞLI:
Yeni yaradılacaq Media və Yayım Şurasının VƏZİFƏLƏRİ
Qeyd edək ki, mövcud qanuna görə, bu səlahiyyət Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində (MEDİA) idi.
Günay Şahmar, Bizim.Media