Azərbaycanın Milli Qəhrəmanı, tanınmış telejurnalist Çingiz Mustafayevin anım günü Şəhidlər Xiyabanındakı məzarı önündə qeyd olunub.
Bizim.Media xəbər verir ki, keçmiş ANS-çilər, Çingiz Mustafayevin qardaşları - Vahid və Seyfulla Mustafayevlər, doğmaları Xocalı faciəsinin dəhşətlərini videolentə alan Çingiz Mustafayevin məzarını ziyarət edib, məzarı önünə tər güllər düzülüb, əklillər qoyulub.
Şəhid olmasından 33 il keçən tanınmış telejurnalist ilə bağlı xatirələtini dilə gətiriblər.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.