Ucarda kafeyə gedən kişi küçədə ölüb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə gündüz saatlarında rayonun 20 yanvar küçəsində baş verib.
Qəflətən halı pisləşən rayon sakini, 62 yaşlı Qurbanəli Cəfər oğlu Həsənov küçədə ölüb. Onun ürəktutmasından öldüyü ehtimal edilir.
Yaxınlarının dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media