Samuxda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə magistral yolun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusunun “Range Rover” markalı avtomobil ilə toqquşması nəticəsində bir ailənin üzvləri - 1989-cu il təvəllüdlü Əli Süleymanov, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, həmçinin azyaşlılar - 7 yaşlı M.Süleymanova və 2 yaşlı Ə.Süleymanov, həmçinin Alim Məmmədov, Elnurə Həsənova, Samirə Məmmədova və Asəf Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu