Tələbələrin NƏZƏRİNƏ – Bu halda 2 illik güzəşt edilir – RƏSMİ

Təhsil xərclərini qarşılamaq bir çox tələbə üçün ən böyük problemlərdən biridir. Bu məqsədlə dövlət tərəfindən təqdim edilən təhsil kreditləri həm sosial, həm də standart model olmaqla iki fərqli formada tətbiq olunur. İlk baxışda hər ikisi eyni məqsədə, yəni təhsilin maliyyələşdirilməsinə xidmət edir.

Ancaq şərtlərə baxdıqda fərqlər ortaya çıxır.
 

Sosial təhsil krediti daha çox maddi imkanı məhdud olan tələbələr üçün nəzərdə tutulur və burada əsas yanaşma tələbənin vəziyyətini nəzərə almaqdır. Standart kredit isə daha geniş kütləyə yönəlir və şərtləri nisbətən ümumi qaydalarla tənzimlənir.


Artıq 5 ildir ki, fəaliyyət göstərən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu universitet illərində maliyyə yükünü yüngülləşdirsə də, əsas məsələ məhz məzun olduqdan sonra başlayır.

Universiteti bitirən gənc bu borcu hansı şərtlərlə qaytarır? Onların iş tapmaq müddəti nəzərə alınırmı?

Məsələ ilə bağlı Tələbə Təhsil Kredit Fondu Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, təhsilini başa vuran məzuna əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 2 ilədək güzəşt müddəti verilir və bu müddətdə kredit üzrə geri ödəniş tələb olunmur:

“Məzunun güzəşt müddəti başa çatdıqdan sonra və ya həmin müddətdə əmək fəaliyyətinə başladıqda kreditin geri ödənişinə başlanılır və müəyyən edilmiş qrafik üzrə 10 il ərzində həyata keçirilir.
 

Bu zaman tələbələrin akademik göstəricilərinə əsaslanan güzəştlər də tətbiq olunur. Belə ki, sosial növ təhsil tələbə krediti üzrə ÜOMG-si 71 və daha yuxarı, standart növ təhsil tələbə krediti üzrə isə ÜOMG-si 91 və daha yuxarı olan tələbələr üçün həmin semestr üzrə götürülmüş kreditə faiz hesablanmır.


Bundan əlavə, təhsilin normativ müddəti ərzində bütün semestrlər üzrə ÜOMG-si 91 və daha yuxarı olan tələbələr aldıqları sosial təhsil tələbə kreditinin 50 faizinin, standart təhsil tələbə kreditinin isə 25 faizinin geri ödənişindən azad olunurlar”.

Həmçinin oğlan tələbələr üçün müddətli həqiqi hərbi xidmət dövrünün nəzərə alındığı da qeyd olunur. Məzun hərbi xidmətə çağırıldıqda həmin müddət ərzində geri ödəniş öhdəliyi yaranmır və ona əlavə möhlət verilir.

Bəs 2 il müddətində məzun iş tapmasa yaxud gəliri krediti ödəmək üçün münasib olmasa, borcun qaytarılması necə həyata keçirilir?

Fondun məlumatına əsasən, verilən müddət başa çatdıqdan sonra borcalan ödəniş öhdəliyini yerinə yetirməzsə, qanunvericiliyə uyğun olaraq borcun tutulması prosesi həyata keçirilir.
 

“Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə ödənişlər isə onların əməkhaqqından tutulur. Bu cür hallar praktikada çox aşağı faiz təşkil edir”- deyə vurğulanıb.


Qeyd edək ki, sosial növ təhsil tələbə kreditinin illik faiz dərəcəsi 2 %, standart növ təhsil tələbə kreditində isə 6 %dir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

End of content

No more pages to load

RADİO