Bu gün günorta saatlarında Zaqatala rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala rayonu ərazisində “Ford Tranzit” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə 50 yaşlı Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
Bizim.Media