Qızların 80, oğlanların 62 faizi bunu edir... – İxtisas seçimindəki “GİZLİ BARYER”

Ali təhsil sistemində bəzi istiqamətlər üzrə gender bölgüsü nəzərəçarpacaq dərəcədə fərqlənir. Son məlumatlara görə, humanitar istiqamətlərdə tələbələrin 79,7 faizini qadınlar, 20,3 faizini kişilər təşkil edir. Texniki sahələrdə isə vəziyyət əksinədir: burada tələbələrin 62,9 faizi kişilərdən, 37,1 faizi qadınlardan ibarətdir.

Bu rəqəmlər göstərir ki, gənclərin ixtisas seçimləri sahələr üzrə bərabər paylanmır. Sözügedən gender fərqinin gələcəkdə əmək bazarında hansı nəticələrə səbəb ola biləcəyi suallar yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq


Bəs qızlar və oğlanlar niyə fərqli istiqamətlərə üstünlük verirlər? Bu seçimlərə ailə, cəmiyyət və əmək bazarı ilə bağlı təsəvvürlər necə təsir göstərir?

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elnarə Akimova Bizim.Media-ya açıqlamasında bildirir ki, bu məsələ formalaşmış sosial təsəvvürlərin və uşaqları maraqlarına görə deyil, cəmiyyətin onlar üçün müəyyən etdiyi rollara görə istiqamətləndirilməsinin nəticəsidir:

“Uzun illər qızlara “sən müəllim, filoloq, həkim ol”, oğlanlara isə “mühəndis, proqramçı, texnoloq ol” mesajı verilib. Bu yanaşma açıq şəkildə səsləndirilməsə belə, ailədə, məktəbdə, hətta mediada özünü göstərir. Nəticədə bir çox gənc seçim edərkən yalnız öz maraqlarını deyil, cəmiyyətin onlardan gözləntilərini də nəzərə alır.

Əlbəttə, müəyyən fərqlər təbii maraqlarla bağlı ola bilər. Lakin söhbət 80 faizə 20 faiz kimi kəskin nisbətdən gedirsə, artıq burada sosial amillərin rolunu danmaq mümkün deyil. Çünki istedadın və intellektin cinsi yoxdur.

Bu stereotiplərin müəyyən hissəsi bu gün də yaşayır. Hələ də texniki peşələr daha çox kişi peşəsi, humanitar sahələr isə qadın peşəsi kimi qəbul edilir. Halbuki XXI əsrin dünyası bu təsəvvürləri çoxdan dağıdıb. Süni intellektdən kosmik texnologiyalara qədər bir çox strateji sahələrdə qadınlar mühüm rol oynayırlar. Eyni zamanda təhsil, mədəniyyət, psixologiya və sosial elmlərdə uğur qazanan minlərlə kişi mütəxəssis var”.

Deputat hesab edir ki, məqsəd rəqəmləri zorla bərabərləşdirmək deyil, hər bir gəncin cinsindən asılı olmayaraq öz potensialını reallaşdırmasına şərait yaratmaq olmalıdır: Bir qız mühəndis olmaq istəyirsə, ona “bu sahə qadın işi deyil” deyilməməli, bir oğlan filoloq və ya müəllim olmaq istəyirsə, onun seçimi də eyni dərəcədə normal qarşılanmalıdır.

Bəs qadınların texniki sahədə fəaliyyətinin artırılması üçün hansı addımlar atılmalıdır?
 

E.Akimovanın sözlərinə görə, dünya təcrübəsindən də göründüyü kimi bu istiqamətdə uğur qazanmağın yolu məktəbdən başlayır:


“ABŞ, Kanada, Almaniya, Finlandiya və digər ölkələrdə qızların STEM – elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə cəlbi üçün xüsusi proqramlar həyata keçirilir. Məktəblərdə robototexnika dərnəkləri, proqramlaşdırma kursları, qadın alimlərlə görüşlər təşkil olunur, xüsusi təqaüdlər ayrılır.

Azərbaycanda da son illər bu istiqamətdə mühüm addımlar atılır.

İnformasiya texnologiyaları, innovasiya və rəqəmsal bacarıqlar sahəsində qızların iştirakını artırmağa yönəlmiş layihələr həyata keçirilir. Lakin bu proses daha genişmiqyaslı olmalı, məktəbdən universitetə qədər ardıcıl siyasətə çevrilməlidir.
 

Çünki gələcəyin iqtisadiyyatı texnologiya üzərində qurulacaq. Qadınlar bu sahələrdə kifayət qədər təmsil olunmayacaqsa, ölkə öz intellektual potensialının böyük hissəsini itirmiş olacaq. Eyni zamanda humanitar sahələrdə kişilərin azalması da balanssızlıq yaradır.


E.Akimovanın fikrincə, əsas məsələ qadınları texniki sahələrə və ya kişiləri humanitar istiqamətlərə zorla yönləndirmək deyil. Əsas məsələ seçim azadlığını stereotiplərdən azad etməkdir. Cəmiyyət o zaman qazanır ki, insanın taleyini onun cinsi yox, qabiliyyəti və arzuları müəyyənləşdirsin.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO